Icma.az
close
up
RU
Seçki ərəfəsində İrəvana ağır zərbə Rusiya Ermənistanı nədən vurur?

Seçki ərəfəsində İrəvana ağır zərbə Rusiya Ermənistanı nədən vurur?

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya-Ermənistan münasibətlərində son zamanlar gərginlik hiss olunur. Bu gərginlik günü-gündən daha da kəskin formada özünü büruzə verir. Gərginliyin ən son nöqtələrindən biri 29 may tarixində Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin tədbirində Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak etməməsi və Ermənistanın iştirak etmədiyi bir tədbirdə onunla bağlı qəbul edilən bəyanatdır. Həmin bəyanatda Ermənistandan tələb edilir ki, tez bir zamanda ya Avropa İttifaqı ya da Avrasiya İqtisadi İttifaqı istiqamətində seçimini etsin, yəni Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı mövqeyini ortaya qoysun və yaxud Avropa İttifaqına inteqrasiya yolunu seçmək istəyirsə, bununla bağlı referendum keçirsin".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən danışarkən bildirdi.

Onun sözlərinə görə, Ermənistandan tələb olunur ki, referendum keçirilsin və bu referendumun tez bir zamanda baş tutması təmin edilsin:

"Bu da bir təzyiq vasitəsi kimi qiymətləndirilir. Ermənistanın qarşısında fakt qoyulur ki, əgər sən Avrasiya İqtisadi İttifaqından çıxmaq və vəziyyəti kəskinləşdirmək istəyirsənsə, xalqın iradəsinə müraciət et, referendum keçir və qoy Ermənistan xalqı bu məsələdə öz mövqeyini ifadə etsin. Əgər Avropa İttifaqını seçirsənsə, xalq da bununla bağlı sözünü desin. Paşinyan isə seçkiqabağı kampaniya mərhələsindədir. Bir neçə gündən sonra, iyunun 7-də seçkilər keçiriləcək. Seçkilər ərəfəsində belə bir məsələnin gündəmə gətirilməsi Paşinyana sərf etmir. Çünki Avropa İttifaqını seçmək və yaxud Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi bir daha göstərir ki, Rusiya artıq Ermənistanın iki stulda otura bilməyəcəyi ilə bağlı mövqeyini xatırladır. Bu mesaj həm Rusiyanın özü, həm də onun liderlik etdiyi Avrasiya İqtisadi Birliyi tərəfindən Ermənistana verilir. Ermənistan rəsmiləri isə buna cavab olaraq bildirirlər ki, heç bir problem yoxdur. Paşinyan deyir ki, biz Rusiya ilə yeni münasibətlərin qurulması mərhələsindəyik, münasibətlərimiz transformasiya olunur, heç bir gizli məqam yoxdur və əlaqələrimiz səmimidir. Təbii ki, bu açıqlamalar açıq şəkildə Rusiyanı daha da qıcıqlandırmamaq məqsədi daşıyır. Ermənistan onsuz da kifayət qədər gərgin olan Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir".

Millət vəkili qeyd etdi ki, dünən də iki ölkənin rəsmiləri arasında görüşlər keçirilib:

"Görüşlə bağlı Ermənistan tərəfinin yaydığı məlumatda bildirilir ki, Putin Paşinyanı doğum günü münasibətilə təbrik edib və eyni zamanda 29 may tarixli Astana görüşü barədə ona məlumat verib. Təbii ki, bu, ictimaiyyət üçün açıqlanan rəsmi məlumatdır. Çox böyük ehtimalla, görüş zamanı Paşinyanın siyasi gələcəyi, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, eləcə də Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyi, Gömrük Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın gələcək mövqeyi müzakirə olunub. Ehtimal etmək olar ki, Putin Paşinyanın qarşısında bir sıra tələblər də irəli sürüb. Buna görə də münasibətlərdə problem olmadığı barədə verilən açıqlamalara baxmayaraq, tərəflər arasında kifayət qədər ciddi məsələlərin mövcud olduğu görünür".

Müsahibimizin sözlərinə görə, Rusiya hazırda Ermənistana güclü təsir imkanlarına malikdir və bu təsirlər əsasən iqtisadi xarakter daşıyır:

"Məsələn, Ermənistanın enerji infrastrukturu və elektrik şəbəkəsinin idarə olunmasında Rusiyanın ciddi təsiri var. Ermənistana xatırladılır ki, bu sahədə Rusiyadan asılılıq hələ də qalır və onu aradan qaldırmaq mümkün olmayıb. Digər mühüm məsələ dəmiryol şəbəkəsidir. Ermənistan dəmiryolları üzərində Rusiyanın nəzarəti ilə bağlı vəziyyətdə də hələlik ciddi dəyişiklik baş verməyib. Dİgər məsələ isə ehtimal ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Putin Ermənistana xəbərdarlıq etmiş ola bilər ki, ABŞ ilə bu istiqamətdə müzakirələr aparılırsa, Rusiyanın da burada müəyyən maraqlarının və pay sahibi olmaq istəyinin nəzərə alınması vacibdir. Ancaq məsələ ondadır ki, Paşinyana ciddi beynəlxalq dəstək verilir. Bu dəstək həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən göstərilir. Avropa Siyasi Birliyinin son sammiti, Emmanuel Makronun Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması, eləcə də ABŞ-nin siyasi dəstəyi bunu təsdiqləyən amillər sırasındadır".

Siyasətçinin fikrincə, Putin və Rusiya Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın qalib gəlmək ehtimalının yüksək olduğunu anlayır.

"Lakin Moskva bu qələbənin müəyyən siyasi bədəli olacağını ona xatırlatmağa çalışır. Verilən mesaj bundan ibarətdir ki, Paşinyan seçkilərdə qalib gələ bilər, amma bu prosesdə Rusiyanın maraqları nəzərə alınmasa, bunun nəticələri ağır ola bilər. Böyük ehtimalla, bu təzyiqlər həm seçkilərə qədər, həm də ondan sonra davam edəcək. Çünki Rusiya Paşinyanın güclü namizəd olduğunu və qalib gəlmək şansının yüksəkliyini görür. Bununla yanaşı, seçkilərdən sonra onun Rusiya təzyiqlərinə nə dərəcədə müqavimət göstərə biləcəyi zamanla bəlli olacaq. Eyni zamanda Paşinyanın əsas tərəfdaşları olan ABŞ və Avropa İttifaqının ona hansı səviyyədə dəstək verəcəyi də bu prosesdə mühüm rol oynayacaq", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri