Icma.az
close
up
RU
Seçki ilə bağlı yeni qayda: Namizəd siyasi mənsubiyyətini göstərməyəcək Partiya sədrləri danışdı

Seçki ilə bağlı yeni qayda: Namizəd siyasi mənsubiyyətini göstərməyəcək Partiya sədrləri danışdı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Seçki Məcəlləsinə görə, parlament və bələdiyyə seçkilərində partiya və fərdi qaydada iştirak etməyin bir neçə qaydası var. Bələdiyyə seçkilərində partiya kimi iştirakın prosedurları isə başqadır. Partiyanın ucqar dağ kəndində namizədini irəli sürməsi üçün səlahiyyətli nümayəndəsi ora getməli, təşkilatın notarial qaydada təsdiq edilmiş nizamnaməsi, şəhadətnaməsi, protokollarını təqdim etməlidir. Bu, sözsüz ki, ağır prosedurdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.

“Parlament və bələdiyyə seçkilərində partiya kimi iştirakın məhz bu cür ağır şərtləri var. Partiyanın bu iki prosesdə iştirak edəcək bir namizədi üçün minimum 30 vərəqlik sənəd hazırlanır”, - deyə partiya sədəri söyləyib.

Tural Abbaslı bildirib ki, fərdi təşəbbüsü ilə seçkidə iştirak edəcək şəxs isə sadəcə, Dairə Seçki Komissiyasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, qeydiyyatdan keçir:

“Partiyalar da praktiki olaraq üzvlərinə seçkidə fərdi təşəbbüslə iştiraka qərar verə bilirlər. 8 mindən artıq bələdiyyə üzvlüyünə namizəd məsələsini nəzərə aldıqda, bunun ağırlığı daha artır. Söhbət 680 bələdiyyə üzvlüyünə seçkidən gedirsə, bunun ağırlığı və əhatə olunması çətinləşir. Belə olan halda, partiya namizədi kimi bələdiyyə seçkilərində iştirakdan başqa digər üzvlərimizə şəxsi təşəbbüslə prosesə qatılmaları üçün razılıq vermişik”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn də bələdiyyə seçkilərində partiya və ya şəxsi təşəbbüslə iştirakdan danışıb.

O qeyd edib ki, AXP bələdiyyə seçkilərinə hər iki formatda qatılmaqla bağlı qərar verib:

“Seçki Məcəlləsinə uyğun olaraq, partiya təmsilçisi bələdiyyə seçkilərində siyasi mənsubluğunu göstərməyə də bilər. Çünki partiya təmsilçisi kimi seçkiyə qatılmaq əlavə qərarların verilməsi ilə mümkün olur. Bu qanunvericiliyin çoxpartiyalılıq əsasında müəyyənləşməsindən irəli gələn haldır. Ona görə də, AXP seçkidə həm partiya, həm də şəxsi təşəbbüslə iştiraka üstünlük verib”.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 16 min 148 nəfərin namizədliyi qeydə alınıb. 23 siyasi partiyanı təmsil edən namizədlərin ümumi sayı 8 min 429 nəfərdir. Həmçinin 25 min 685 müşahidəçi də akkreditasiyadan keçib. Yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat kampaniyası yanvarın 28-i saat 08:00-da başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri