Icma.az
close
up
RU
Əhalidə seçkiyə inam qalmayb... Partiya sədrləri bəlıədiyyə seçkilərindən danışdı

Əhalidə seçkiyə inam qalmayb... Partiya sədrləri bəlıədiyyə seçkilərindən danışdı

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Bəllu olduğu kimi, gələn il yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. Ancaq ümumilikdə cəmiyyətdə seçkilərə marağın az olduğu, əksər siyasi partiyaların seçkilərə ciddi yanaşmadığı və bu yöndə aktiv iş aparmadıqları müşahidə olunur. Bu, nə ilə əlaqədardır?

Mia.az-ın məlumatına görə, mövzuyla bağlı Bakupost.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, seçkilərlə bağlı fəallığın aşağı olması faktiki olaraq bələdiyyələrin səlahiyyətlərinin aşağı olmasıyla bağlıdır:

“Bundan başqa, böyük şəhər bələdiyyələrinin olmaması, bələdiyyə sədrlərinin birbaşa seçilməməsi və ən nəhayət, Azərbaycanda seçki sisteminin qüsurları və nöqsanları nəticəsində insanların seçkilərə marağının azalmasıyla bağlıdır. Sonuncu parlament seçkilərində aktivliyin 37 faiz olduğu göstərildi. Lakin bizim müşahidələrimiz göstərdi ki, o da şişirdilmiş rəqəmdir. Ölkədə ciddi seçki islahatları keçirilməlidir. Hüquq və azadlıqlar, o cümlədən seçki hüquqları genişlənməlidir ki, vətəndaşın seçkiyə olan marağı artsın”.

P.Hüseyn bildirib ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində çox yüksək siyasi fəallıq müşahidə olunmuşdu: “Bələdiyyə seçkilərinin 25 il ərzində belə bir vəziyyətə gəlib çıxması təəssüf doğurur”.

Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğlu isə mövcud vəziyyətin Azərbaycanın seçki təcrübəsiylə bağlı olduğunu bildirib:

“Seçki təbliğatı ilə rəsmi şəkildə Mərkəzi Seçki Komissiyası (MSK) məşğul olmalıdır. Dövlət bunun üçün milyonlarla pul ayırır. MSK isə öz üzərinə düşən işi yerinə yetirmir. Çox güman ki, seçkiyə 2-3 gün qalmış 1-2 dənə plakat yapışdıracaqlar və bununla da öz vəzifələrini yerinə yetirmiş hesab edəcəklər. Əhalidə də seçkiyə inam olmadığına görə adamları seçkiyə cəlb etmək olmur. Çünki dəfələrlə seçkidə iştirak ediblər və gözləntiləri özünü doğrultmayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri