Seçkilərdə Netanyahunun Likud Partiyası qalib gəldi
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi hesablanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası ən çox mandat qazansa da, onun siyasi bloku parlament çoxluğunu təmin edə bilməyib.
"Likud" 120 yerlik Knessetdə 27 mandat əldə edib. "Likud" və Netanyahunu dəstəkləyən ultra-sağçı və ortodoks partiyalardan ibarət blok ümumilikdə 53 mandat qazanıb.
Netanyahunun əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb.
Müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat əldə ediblər.
Bildirilir ki, nə Netanyahu bloku, nə də əsas müxalifət qüvvələri ərəb partiyaları ilə koalisiya qurmağa hazır görünür.
Qeyd edək ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.
Seçkilərin yekun rəsmi nəticələrinin şikayətlərə baxıldıqdan sonra noyabrın 4-dək açıqlanacağı gözlənilir.
Bundan sonra İsrail Prezidenti İsxak Hersoq parlamentə keçən partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparacaq və deputatlardan birinə yeni hökumət koalisiyasını formalaşdırmağı tapşıracaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















