Icma.az
close
up
RU
Son nəticələr: Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Son nəticələr: Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son nəticələr: Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi


Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası parlament seçkilərinin nəticələrinə görə hakimiyyətdə qalıb.
Oxuməni.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının 100% bülletenlərin işlənməsindən sonra əldə etdiyi ilkin məlumatlara görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası rus-erməni milyarderi Samvel Karapetyanın "Güclü Ermənistan" blokundan irəlidədir.
Səsvermədə yarısından az səs (49,82 faiz) toplayan Paşinyanın partiyası yenə də hökumət qura biləcək: əksər müxalifət partiyaları seçki baryerini keçə bilməyib.
100 faiz bülletenlərin işlənməsindən sonra seçicilərin səsləri belə bölünüb:

Hakim "Vətəndaş Müqaviləsi" partiyası 49,825 faiz - 727 mindən çox səs toplayıb. İkinci yeri 23,281 faizlə "Güclü Ermənistan" bloku tutub. Üçüncü isə 9,934 faizlə "Ermənistan" bloku olub. Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası, əvvəlcə parlamentə keçəcəyi güman edilirdi, lakin dəqiqləşdirilmiş məlumatlara görə 3,996 faiz səs alıb və dörd faizlik keçid baryerini aşmayıb. Mərkəzi Seçki Komissiyası ilkin məlumatlarda elektron səsvermənin nəticələrinin daxil edilmədiyini bildirərək bu düzəlişi izah edib.

Nəticədə parlamentə yalnız üç siyasi qüvvə daxil olur: "Vətəndaş Müqaviləsi", "Güclü Ermənistan" və "Ermənistan" bloku.
Qalan 15 partiya və blok seçki baryerini keçə bilməyib. Onların səsləri parlamentə keçən qüvvələr arasında mütənasib olaraq bölüşdürüləcək.
Qed edək ki, Nurlan Seytimovun rəhbərliyi altında Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası, səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı bir pozuntu aşkar etməyib.
Xatırladaq ki, səsvermə dünən -7 iyun bazar günü baş tutub. Seçkilərdə son fəallıq 58,97% təşkil edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 10 faiz bəndi çoxdur. Səsvermədə ümumilikdə 1.476.597 nəfər iştirak edib.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri