Icma.az
close
up
RU
Sədərək” gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb FOTO

Sədərək” gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Türkiyə Respublikası ilə sərhəddə yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya bildirilib ki, TIR park nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edir.
 

“Sədərək” dövlət sərhədindəki buraxılış məntəqəsi ölkəmizdən keçən dəhlizlərin önəmli komponentlərindən biridir və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gələcəkdə məntəqədəki əməliyyatların bir hissəsinin TIR parkda aparılması planlaşdırılır.


7,34 hektar sahəni əhatə edən TIR parkın ərazisinə asfalt örtüyü çəkilib, xətləmə işləri aparılıb, yeni işıqlandırma dirəkləri quraşdırılıb.
Su-kanalizasiya, elektrik xətləri, istilik və havalandırma sistemləri yenilənib. Proseslərin real vaxt rejimində izlənilməsi, təhlükəsizliyin gücləndirilməsi məqsədilə onlayn müşahidə sistemləri quraşıdırılıb.
Parka daxil olan sürücülərə nəqliyyat vasitəsindən enmədən onlayn növbə sistemi vasitəsilə qeydiyyatdan keçmək imkanı yaradılıb, həmçinin ixrac yüklərinin çəkisini müəyyənləşdirmək məqsədilə tərəzinin quraşdırılması nəzərdə tutulub.Ərazidə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanğın su anbarı tikilib.
Gələcəkdə gömrük ödənişlərinin alınması üçün bank xidmətinin yaradılması da nəzərdə tutulur.
Yükə baxışın keçirilməsi məqsədilə yük platforması və ixrac yüklərinin qeydiyyatını aparmaq üçün xidməti otaqlar istifadəyə verilib. Xidməti binada əsaslı təmirdən sonra sürücülər üçün nəzərdə tutulan zəruri infrastruktur yararlı vəziyyətə gətirilib.
Yenilənmiş TIR parkının istifadəyə verilməsi yük daşımalarının vaxtında icrası, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması və xidmət keyfiyyətinin artırılması ilə yanaşı, ölkəmizin tranzit potensialının gücləndirilməsi, beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətinin yüksəldilməsi və logistika xidmətlərinin daha səmərəli təşkili baxımından da mühüm əhəmiyyət daşıyır.






Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri