Icma.az
close
up
RU
“Sədərəkdən Şuşaya” təqdim olundu VİDEO

“Sədərəkdən Şuşaya” təqdim olundu VİDEO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan Televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.
Bizim.Media xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmin təqdimatından əvvəl Sədərəkdəki döyüşlərdə iştirak etmiş Nəzifə Qaybalıyeva jurnalistlərə açıqlamasında bildirib ki, o zaman döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi, düşməni dayandırmaq üçün əlindən gələni edirdi. O qeyd edib ki, Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” adlandırıldı.

Sədərəkdəki döyüşlərdə iştirak etmiş Eldəniz Əliyev jurnalistlərə müsahibəsi zamanı döyüşlərdə gənclərin qeyri-adi bir fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. "Sədərək alınmaz bir qalaya çevrildi. O vaxt heç kəs geri çəkilməyi düşünmədi. Qanımızda olan cəsarət və iradə ilə torpaqlarımızı müdafiə etdik. Əlimizdə nə silahımız, nə topumuz, nə də təchizatımız var idi. Sədərək uğrunda döyüşdük və bir qarış torpağı belə düşmənə vermədik", – deyə Eldəniz Əliyev qeyd edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir. G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.

Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.
Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük Zəfər yolu bir qəhrəmanın nümunəsində göstərilib. Belə ki, film Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur.
Sənədli televiziya filminin təqdimatından sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və digərləri "Sədərəkdən Şuşaya" filmi barədə təəssüratlarını bölüşərək Sədərək döyüşlərində hər kəsin cəsarətlə, mərdliklə öz doğma torpaqlarını qoruduğunu, birlik nümayiş etdirdiklərini bildiriblər.
 

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Qeyrət qalası" adlandırdığı Sədərək uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının və əsgərlərinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq müstəsna əhəmiyyət kəsb edir.


Tədbirdə Dövlət Sərhəd Xidmətinin Veteranlar Şurası tərəfindən filmin baş qəhrəmanı qazi Nəzifə Qaybalıyeva “Cəmşid Naxçıvanski” ordeni ilə təltif edilib. Eyni zamanda filmin ərsəyə gəlməsində iştirak edən şəxslər Naxçıvan Televiziyası tərəfindən təltif olunublar. Həmçinin Sədərək döyüşlərinə aid mərhum şair və jurnalist Vaqif Məmmədovun şeirləri səsləndirilib.
Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.

1990-cı illərin Sədərək döyüşləri xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas sipəri idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim oğuz-türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib.
1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.
1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan Televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan Televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.

















Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri