Icma.az
close
up
RU
Sədərəkdən Şuşaya CAVİD İSMAYIL YAZIR

Sədərəkdən Şuşaya CAVİD İSMAYIL YAZIR

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Əfəndilər!

Sizə yanvarın 18-də "Park Cinema" - "Park Bulvar"da keçirilən "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirlinin layihə və ssenari müəllifi olduğu "Sədərəkdən Şuşaya" sənədli televiziya filminin təqdimatından danışacam.

O ağrılı - acılı, eyni zamanda canlı şahidi olduğum qanlı-qadalı, lakin çox şərəfli o günlərdən düz 35 il keçir.

Bir igidin ömrüdür 35 il. Lakin elə bil bir göz qırpımında keçdi bu illər.

O tarixi günlərdən 35 il keçməsinə baxmayaraq, yaxşı xatırlayıram. Çox ağır günlər idi. Bir tərəfdən ulu türk yurdu, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın Ermənistanla bütün sərhədləri istiqamətində mənfur, quldur ermənilər qanlı Moskvanın maddi, mənəvi və birbaşa hərbi dəstəyi ilə var gücü ilə hücuma keçmişdilər. O biri tərəfdən isə Azərbaycan Respublikasının o zamankı satqın, mərkəz Moskvanın müti qulları olan rəhbərlərinin Naxçıvana qarşı nifrət dolu xəbis xisləti. Digər tərəfdən də qazsız, susuz, elektrik təchizatı çökmüş, ciddi ərzaq və tibbi ləvazimatlar çatışmazlığı ilə yanaşı demək olar ki, dəhşətli şaxtalı hava şəraitində silahsız-sursatsız, lakin şərəfli, qorxmaz, cəsur, şərəfinə sarılmış, Vətən uğrunda canını fəda verməyə hər an hazır olan məğrur naxçıvanlılar.

Bu filmin qəhrəmanı 3 uşağını evdə qoyub, qəhrəman oğullara qoşularaq cəbhəyə döyüşə gedən, qəhrəman Azərbaycan qadını Nəzifə Qaybalıyevadır.

Təqdimata çoxlu insanlar dəvət olunmuşdu. Dəvətlilər arasında 1988-ci ildən rus imperiyasına və məkrli-satılıq maşası olan ermənilərə qarşı çiyin-çiyinə mübarizə apardığım, bir səngərdə quru çörəyi paylaşdığım iki səngər dostum da vardı. Bunlardan biri Faiq Zülfüqarov, digəri isə Mirələsgər Seyidov idi. Film başladı.

Filmdə Mirələsgərin əbədiləşdirdiyi tarixi fotolardan istifadə edilmişdi. Filmə baxarkən ani olaraq o zamankı şaxtalı - soyuq səngərlər, atəş altında qeyrətli oğulların qurd baxışları, "Vətənə canımız fəda" deyən səsləri, "Ölərik, geri çəkilmərik" deyən qürurlu duruşları bir daha göz önümdən keçdi.

Silah əsasən zamanında dövlətdən gizlədilən ov tüfəngləri idi. Türkiyə ilə Naxçıvan arasında olan indiki "Ümid" körpüsünə dönən yerdə, Sədərək kəndinin (o vaxt Şərur rayonunun inzibati ərazisidi) aşağı girişinə yaxın ərazidə hərbi post var idi. O posta silahsız kişilərlə bərabər qadınlar da yığılardı. Əziz oxucu, bilirsiniz niyə?! Bura yığışan qəhrəman insanlarımız qarşıda, döyüşdə həlak və ya yaralanan Vətən oğlunu əvəzləmək, onun silahını alıb döyüşə girmək üçün növbə gözləyərdilər. Filmi izlərkən xronoloji olaraq o səhnə də göz önümdən keçdi.

Filmin hər saniyəsinə baxarkən daima düşündüyüm bir sual yenə də məni narahat etdi. Görəsən indi də Vətənin bu ağır günlərindən xəbərsiz olanlar bir düşünüblər ki, o vaxtlar Naxçıvanda, elektrik enerjisi olmadığından, tam blokadada düşmənlə döyüşən Naxçıvanda neçə ana doğuş zamanı dünyasını dəyişib? Və ya hələ sadə bir misal çəkim, adi kor bağırsağı əməliyyatında elektrik enerjisinin olmamasından neçə nəfər dünyasını o zaman dəyişib?! Bu dəhşət deyilmi? Bəli, bu çox kiçik bir misal olsa da, qəhrəman naxçıvanlıların o zaman yaşadığı bir gerçəklikidi.

Eyni zamanda filmdə təqdim edilən tarixi fotolarda şəhid döyüş dostlarımızı gördükdə bir an qəhərləndim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmçinin şeirlərində daima Vətən deyən mərhum şair və jurnalist Vaqif Məmmədovun Sədərək döyüşlərinə aidr şeirləri səsləndirildi.

Film bitdi, o vaxtkı tibb bacımızla (ona "el qızı" deyərdik), səngər dostlarımla görüşdük. O zamanlar mənim 17-18 yaşım varidi. Mənə də maraqlı idi, görəsən bu gün o şux qamətini itirən, xeyli yaşlaşan, əlində əsası olan El qızımız məni tanıyacaqmı? Görüşərkən dedi ki, dayan, sənə də kömək etmişəm, sən... elə bu zaman polkovnik Abdulla Qurbani dedi ki, Caviddir, professor Əjdər İsmayılovun oğlu, partizan Tağı-Tağı dayının nəvəsidir (Babam Tağı İsmayılov erməni daşnaklarına qarşı partizan dəstəsi yaradaraq Şərur-Dərələyəz mahalında mübarizəyə qalxıb). Qucaqlaşdıq, ayaq üstü az da olsa dərdləşdik, hal-əhval tutduq.

Keçmiş silahdaşları, dostları da bir daha xatırladıq.

Və bu cür gözəl və duyğusal tədbir, möhtəşəm bir filmə görə Sahil müəllimə, Naxçıvan televiziyasının bütün peşəkar kollektivinə bir təşəkkür borcumuz var. Sağ olsun! Bu sənədli film Vətənə -Dövlətçiliyə xidmətin bariz nümunəsidir.

Əfəndilər! Əfsuslar olsun ki, insanlarımız unutqanlığa meyillidir. Elə mənfur düşmənlərimiz də bizim unutqanlığımızdan zaman-zaman istifadə edərək hər fürsət düşdükdə başımıza min bir müsibət açıblar. Belə xidmətlər gənc nəslin dədə-baba kökünə bağlı, vətənpərvər və məğrur yetişməsinə xidmət etməklə, tariximizin gercək simasını olduğu kimi qoruyub saxlayır. Naxçıvan televiziyasının bu xidmətləri, insanlarımızın tariximizi unutmamasına xidmət etməklə, ümumilikdə məkirli düşmənlərin həmin qara xislətini məhv edir və insanlarımız arasında dövlətçilik şurunun formalaşmasına xidmət edir. Ümummilli lider Heydər Əliyev əbəs yerə deməmişdir ki, "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək hər birimizin mühüm vəzifəsidir".

Naxçıvan Tv-nin 44 günlük savaş öncəsi Asim Yadigarın " Döyüş əmri ver mənə, Ali Baş Komandanım" şeirinə hazırladığı videoçarx da 44 günlük müqəddəs savaş öncəsi çox dəyərli bir işlərdənidi.

Elə bu yerdə Türk dünyasının atası Mustafa Kamal Atatürkün bu sözlərini xatırladım - " Vətənini ən çox sevən, işini yaxşı görəndir"

Sahil müəllim və onun peşəkar komandası işini yaxşı görənlərdəndir! Naxçıvan televiziyası, axarlı olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see437

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see215

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see199

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see198

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see183

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see181

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see180

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see176

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see175

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see175

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see174

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see173

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see171

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see170

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see168

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see165

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see162

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see161

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri