Icma.az
close
up
RU
“Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir” Şlyapa Zahid in MƏHKƏMƏSİ

“Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir” Şlyapa Zahid in MƏHKƏMƏSİ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edib.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən icasda “AtaBank”ın daha iki işçisi şahid ifadəsi verib.

Dindirilən Solmaz Əliyeva bankda baş mütəxəssis və şöbə müdiri kimi çalışıb. O, Zahid Niftəliyevi bankın müştərisi kimi tanıyıb: “Zahid müəllim kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Ümumilikdə onu bankda iki-üç dəfə görmüşəm”.

Şahidin ibtidai istintaq vaxtı verdiyi ifadəsi ilə indiki arasında bəzi ziddiyyətli məqamlar var. S.Əliyeva o vaxt deyib ki, “Şahin CO” şirkəti Zahid Niftəliyevin adına olub. O, 7 milyon 350 min dolları nağd çıxarıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb. 

Zahid Niftəliyev isə bankda cəmi bir dəfə olduğunu iddia edir: “Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam. Vəssalam”.

Məlumat üçün deyək ki, “Şlyapa Zahid” bu cinayətə görə, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu təqsirli bilir. Hesab edir ki, krediti məhz Sadıkov üçün götürüb. Bu məsələyə aydınlıq gətirilməsi üçün o, sabiq baş qərargah rəisini məhkəməyə çağırıb. Məhkəmə hələ ki, bu məsələyə baxmayıb.

Prosesin davamında şahid qismində Rüfət Daşdəmirov ifadə verib. Şahid deyib ki, kreditin ayrılması vaxtı müştərilərlə münasibətdə olmayıb: “Kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub”.

Daşdəmirov ilkin istintaqda müstəntiqə daha aydın ifadə verib. Həmin ifadədən görünür ki, “Şahin CO”ya əvvəl kredit ayrılmayıb. Ona görə ki, şirkət kredit üçün müraciət edən gün təsis edilib: “Buna baxmayaraq bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, kredit komitəsində müzakirəyə çıxarın, qalan məsələ bizlikdir. Sonradan kreditin verilməsi üçün qərar qəbul edildi”.

İclas üçün nəzərdə tutulmuş müddət bitdiyi üçün şahidin sorğu-sualı yarımçıq qalıb. Proses fevralın 5-i davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Z.Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Z.Niftəliyev 2023-cü ildə başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı isə DTX-də cinayət işi ayrılıb (Qafqazinfo). 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri