Icma.az
close
up
RU
Sədr: “Siqaretlərin tək tək satışı qadağandır, amma yenə də satılır”

Sədr: “Siqaretlərin tək tək satışı qadağandır, amma yenə də satılır”

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“10 ildən çoxdur ki, Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən tütünə qarşı mübarizə konvensiyalarına qoşulub”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O deyib ki, qanun qəbul olunmasına baxmayaraq, qanunda bir neçə dəyişiklik edilib:
“Bu dəyişikliklər daha çox tütünün məhdudlaşdırılması istiqamətində olub. Dünyada tütün yeganə məhsuldur ki, bütün dünya tərəfindən birmənalı şəkildə zərərli hesab olunur. 
Tütün ziyanlı bir vasitədir. Tütün məişətin arxa mənasıdır. Azad İstehlakçılar Birliyi müəyyən edib ki, dörd daha təhlükəli siqaret istehsal edən fabrikin bağlanmasına nail olunub. Uzun illər Azərbaycanda Sovet dövründə filtrsiz siqaretlər istehsal olunurdu və onların da istehsalı dayandırılıb. Siqaretin bütün növləri zərərlidir. Qanun qəbul olunmasına baxmayaraq, bir çox müddəalar yerinə yetirilmir”. 

Onun sözlərinə görə, siqaretlərin tək-tək satışı qadağandır, amma yenə də satılır:
“Təhsil və səhiyyə müəssisələrinin yaxınlığında siqaret satışı qadağandır, amma yenə də satılır. Bütün bunlar göstərir ki, Azərbaycanda tütünə meyillilik yüksəkdir. Hətta demək olar ki, Türkiyədən sonra ikinci yerdədir. Türkiyədə qadınlar da kütləvi şəkildə siqaret çəkir və bu tendensiya Azərbaycana da keçib. 
İndi isə bazara elektron siqaretlər daxil olub. Guya siqareti tərgitmək üçün nəzərdə tutulub, amma onların da insan sağlamlığına ziyanı var. Azad İstehlakçılar Birliyi olaraq çalışırıq ki, həm qaçaqmal elektron siqaretlərin, həm də ənənəvi qaçaqmal siqaretlərin qarşısını alaq. Siqaretlərin qiyməti də artırılmalıdır ki, əlçatanlıq azalsın və istifadə halları aşağı düşsün”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri