Icma.az
close
up
RU
Səfərdə üç xal qazandığımız üçün çox xoşbəxtəm Valdas Dambrauskas

Səfərdə üç xal qazandığımız üçün çox xoşbəxtəm Valdas Dambrauskas

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" Misli premyer-liqasının 2-ci tur matçında "Şamaxı"nın meydanından qələbəylə ayrıldı - 2:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Sabah" ailəsini təbrik edirəm. Bildiyim qədər, 4 il idi ki, Şamaxıda qələbə qazana bilmirdik. Rəqib çox çətindi. Bura gələn bütün komandalar gücünün yüz faizini sərf etməlidi. Oyuna çox yaxşı başladıq. Hesabı erkən açmaq üçün həftə ərzində məşq etmişdik. Uğurlu alındı. Birinci hissədə daha çox qola vura bilərdik. Xeyli təhlükəli epizod yaratmışdıq. İkinci yarıda isə rəqib boşluq verməməyə çalışdı. Hətta qol da vurdular. Komandamın bundan sonrakı oyunu xoşuma gəldi. Yenidən özlərini toparlayıb qələbə qolunu vurdular. Növbəti oyuna köklənəcəyik. Sabah məşqimiz var. Kollektivlər yeni mövsümə böyük ümidlərlə başlayıb. İddialı komandalar belə xal itiriblər. Səfərdə üç xal qazandığımız üçün çox xoşbəxtəm. Düzdü, birinci turda "Qarabağ"a qarşı matçımız təxirə salınıb. Hər halda, ilk oyunumuzda qələbə qazandıq. Belə davam etmək istəyirik.
- Azərbaycan çempionatı sizdə hansı təəssüratları oyatdı?
- Avrokubok oyunlarından sonra ölkə çempionatına köklənmək asan deyil. Futbolçunun motivasiyası və nizam-intizamıyla bağlı narahatlıqlar olur. Bəli, biz avrokuboklarda 6 oyun keçirmişdik. Ancaq bu matça qədər 10 gün fasilə oldu. Oyun ritmindən uzaq qalmışdıq. Mən Azərbaycan futbolunun eksperti deyiləm. Ancaq izlədiyimiz matçlara əsasən deyə bilərəm ki, turnirdə favorit yoxdu. "Qarabağ" və "Neftçi" xal itirib. Hər komanda xal qazanmaq üçün əlindən gələni edir. Fikirləşirəm ki, hamımız birlikdə böyüməliyik. İnfrastuktur daha da inkişaf etməli, klublar daha keyfiyyətli futbolçularla güclənməlidi.
- Mikelslə Noqeyra arasında nə baş vermişdi?
- Bu cür hallardan məmnun deyiləm. Ancaq mübahisənin səbəbi daha yaxşını etmək istəmələri idi. Hər şey geridə qaldı. Oyundan sonra bir-biriylə qucaqlaşdılar. Məncə, bu məsələ bağlandı.
- Hədəfə çatmaq üçün daha neçə legioner transfer etmək lazımdı?
- Sualınız məni təəccübləndirdi. Futbolçuların məşqə yanaşma tərzi diqqətimdədi. Onların hansı ölkənin pasportunu daşımaları mənim üçün önəmli deyil. Kim özünü yaxşı göstərsə, ona şans verilir. Yeni futbolçular axtarılır. Ancaq məhz legioner transfer etmək niyyətimiz yoxdu. Hansısa yerli oyunçu xoşumuza gəlsə, onu da ala bilərik. Əlimdə olan heyətdən də razıyam.
- "Qarabağ" avrokuboklardakı çıxışını davam etdirdiyinə görə, ölkə çempionatında daha çox ikinci heyətinə şans verir. Belədə "Qarabağ"ı keçmək və ya sona qədər çempionluq uğrunda mübarizə aparmaq niyyətiniz varmı?
- Bu barədə çox danışa bilmərəm. "Qarabağ"ın hansı heyətlə çıxış etməsi önəmli məqam deyil. Öz oyunçularımdan məmnunam. 10 ay sonra nələrin baş verəcəyini deyə bilmərəm. Hazırda "İmişli"yə qarşı oyunu fikirləşirik. Məncə, hazırda ən önəmli matç məhz qarşıdakı görüşdü.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Avqust 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri