Icma.az
close
up
RU
Səfəvilər Çaldıran döyüşündə məğlub olmayıb! Şahın Sultana ŞOK məktubu

Səfəvilər Çaldıran döyüşündə məğlub olmayıb! Şahın Sultana ŞOK məktubu

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çaldıran döyüşünü türk, kürd və ərəblərin ortaq qələbəsi adlandırıb.

Globalinfo.az tarixçi alim Zaur Əliyevlə Çaldıran döyüşü ilə bağlı söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

– Zaur bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında deyib ki, Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir. Cənab Ərdoğanın bu sözləri tarixi baxımdan doğrudur?

Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan ərazisində yaranmışdı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbaycan türkü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Hərbi komandanlıq, maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki, bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-u Azərbaycan türkü idi. Ordu da demək olar ki, Azərbaycan türklərindən təşkil olunurdu. Sarayda qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkcəsi işlədilirdi.

Dünyanın ən nüfuzlu türkoloqlarından biri, alman alimi Gerhard Dörferin 1976-cı ildə “Archeologische Mitteilungen aus Iran” jurnalında səhifə 143-251-də dərc edilən “Woher stammte Ibn Muhanna” (İbn Muhanna hardan gəlib) adlı məqaləsində yazır:

“Bu günə kimi biz bilirik ki, “türkmənlər” ifadəsi 13-14-cü əsr müəllifləri tərəfindən istifadə olunub. Bu isə heç bir halda bugünkü dar mənaya malik deyildi… Bir sözlə, bu mənbələrdəki “türkmənlər” həm Anadolu türkləri, həm türkmənlər, həm də XVI-XVII əsrlərdə yaşamış “türkmən” Səfəvi [Qızılbaş] tayfalarıdır. Əslində isə onlar əsl köklü AZƏRBAYCANLILARDIR. Başqa sözlə desək, “türkmən” qədim dövrlərdə oğuz türkləri, xüsusən də onların İslam dinini qəbul edənləri üçün ümumi ifadə idi”.

Bu gün bir çoxları bilməsə də, Azərbaycanın üçrəngli bayrağının ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir.

– Qeyd edirsiniz ki, Bayrağımızın ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir. Bu fikrinizi bir az açardınız…

– Bu, sadəcə bir bayraq deyil, Azərbaycanın inkişafının düsturudur. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkçülüyü; yeniliklər edərək – müasirliyi; şəriətin əsasında qanunlar yaradaraq – dindarlığı.

Şah İsmayıl təkcə hökmran deyildi, həm də şəxsiyyətli və ədalətli insan idi. Düşmən də olsa, Osmanlıları Avropalıların əlinə belə vermək istəmirdi. Hətta Alman və Macarıstan elçiləri onun yanına gəlib Osmanlılara hücum etmək planları barədə danışanda “siz öz aranızda söz ola bilmirsiniz, o boyda Osmanlılara nə edə bilərsiniz” cavabını vermişdi.

Yəhudi alimi Devid Ayolon da 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq edir ki, Səfəvilər mənşə etibarı ilə fars yox, türk olublar. Şərqşünas alim Riçard Fray da “İran ensiklopediyası”na yazdığı məqalədə göstərir ki, Səfəvi sülaləsinin əsası Azərbaycan türkləri tərəfindən qoyulub. Bu fikirlə Qərbin tanınmış alimləri T. Svyatoxovski və X. Seton-Vatson da razılaşırlar. Hətta mürtəce İran tarixçisi Rza İnayətullanın yazdığı və erməni alimi Q. Asatryanın fars dilindən tərcümə edib ön söz yazdığı “Azərbaycan və Arran: (Atropatakan və Qafqaz Albaniyası)” əsərində hər iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan türkcəsi olub.

İ. V. Piqulevskaya, A. Y. Yakubovski, İ. P. Petruşevski, L. V. Stroyeva və A. M. Beleniski də təsdiq edir ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayıblar, onların doğma dili Azərbaycan dili olub. Onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı: “XV əsrdə Səfəvilərin əsas dayağı Azərbaycan dilində danışan köçəri türk tayfaları idi, əksər hissələri Azərbaycan və İrana Kiçik Asiyadan, Osmanlı sultanlarına düşmənçilik üzündən və siyasətə neytrallıqdan köçüb gəlmişdilər. İlkin olaraq onlar yeddi tayfadan ibarət idilər – şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, vilkadar. Onlardan yalnız şamlı və rumlu tayfaları tam şəkildə Səfəvilərə tabe idilər. Sonra bu tayfalar ümumi bir ad altında birləşdilər”.

– Səfəvi dövləti ilə bağlı çoxsaylı mübahisələr mövcuddur. Məsələn, Şah İsmayılın Osmanlılarla münasibətləri, Çaldıran döyüşü və sonrakı məğlubiyyət məsələləri barədə də çox danışılır.

– Türk dünyasının ən acı günü sayılan 23 avqustda iki nəhəng dövlətin ordusu üz-üzə gəldi. Məhz bu tarixdən Vatikan-Britaniya sistemi türk dünyası və coğrafiyasına qarşı planlarını həyata keçirməyə başladılar. Çünki bu gün Sultan və Şahın yan-yana deyil, üz-üzə gəldiyi Çaldıran savaşı baş verdi. Bu döyüş olmaya bilərdimi, sualına hər iki tərəfin dini yox, milli kimlik üzərində münasibəti olsaydı, bəli. Nə Şah İsmayılın, nə də ki, Sultan Səlimin inamı özününkü deyildi: onları birləşdirən vahid türk inamı yox idi. İkisi də İslama tapınırdılar və bir-birlərini də elə ən çox bu yöndən qəbul etmirdilər. Şah İsmayıl şiəliyi, Sultan Səlim isə sünniliyi qoruyur, yayırdı. Hər ikisinin türklüyün yayılması ilə bağlı gözəl istəkləri də vardı. Şah İsmayıl Yeni Turan yaratmaq, Sultan Səlim isə Avropanı türkləşdirmək istəyirdi. Amma çox heyf ki, sünni-şiə söhbəti bir millətin dünyaya hakim olmasına imkan vermədi.

1783-cü ildə Paris şəhərində nəşr edilən “Osmanlı İmperatorluğu Tarixi” kitabında yazılır: “Şah İsmayıl türklərin əfsanəvi qəhrəmanı Malkoçoğlunu döyüşdə məğlub edəndən sonra 500-ə yaxın tüfəngli türk əsgəri onun ardınca atəş açsalar da, güllələrin heç biri onu tutmadı. Bundan təsirlənən Osmanlı əsgərlərindən bəziləri gecə ikən Səfəvilərin ordugahına gedərək Şah İsmayıl tərəfindən vuruşmağı istədiklərini bildirdilər!”

Sultan Səlim Şah İsmayıl qorxusundan çadırına elə gizlənmişdi ki, Sənan Paşanın qələbəsindən belə xəbəri olmamışdı. Sənan Paşa yeni qüvvə ilə Şah İsmayılın üzərinə irəliləyirdi. Sənan Paşanın cəsarəti olmadığından topları qabağa verərək özü qoşunun arxasında durmuşdu. Lakin o, heç ağlına belə gələ bilməzdi ki, Şah İsmayıl yeddi dənə topların zəncirini yerlə-yeksən etmə gücünə malikdir. Bunu görən Sənan Paşa üç nəfər yeniçəri ilə qaçmağa üz tutdu. Beləliklə, Qızılbaş dəstələri 300-ə yaxın yeniçərini Osmanlı topları qabağında məhv etdilər. Lakin Sultan Səlimin əmri ilə Şadi Paşanın qüvvələri Şah İsmayılın üzərinə həmlə etdilər. Az sayıda olan Qızılbaş dəstələrini məğlub etdilər.

Riçard Knoles özünün “Osmanlı Tarixi” kitabında belə yazır:

“Yaralanmış Səfəvi Şahı İsmayıl döyüşdə mərdlik göstərməsinə baxmayaraq, Çaldıranda son sözü fransız topları söylədi”.

Çoxu bu döyüşün Səfəvilərin məğlubiyyəti kimi qəbul edirlər. Hazırda Türkiyədə Osmanlı tarixi muzeyində Şahın Sultana məktubu var. Orda yazılır: “Qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”. Heç məğlub oldum da demir, deyir ki, geri çəkildim.

Çaldıran döyüşü Səfəvilərin məğlubiyyəti deyil, bu döyüşdən sonra qızılbaşlar müvəqqəti olaraq geri çəkiliblər. Məğlubiyyət olsaydı, Səfəvilər dövləti süqut edərdi. Ən azından hakimiyyət dəyişikliyi baş verərdi. Bu, müvəqqəti məğlubiyyət olmasaydı, Sultan Səlim elə Təbrizdə qalardı, möhkəmlənərdi. Sultan Səlim Təbrizdə neçə gün qala bilib?

Şah İsmayılla Osmanlı sultanı Səlim arasında baş verən Çaldıran döyüşü zamanı Osmanlı sarayında olan səlnaməçilər hadisəni öz maraqlarına uyğun yazıblar.

– Siz qeyd etdiniz ki, “Osmanlı sənədləri” məsələsində ehtiyatlı olmaq lazımdır. Nə üçün?

– Mən arxivlərdə sənədlərlə tanışam, əlimdə təkcə PDF formada 100 mindən çox sənəd, bir o qədər də elektron material var. Hamısına inansam, onda gərək tarixdə olan bütün proseslərdə hamını ittiham edək.

Mənim üçün vacib məsələ prosesə digər mənbələr nə deyir, ona inanmaqdır. Əgər Şah İsmayıla aid Osmanlı arxivlərində min sənəd varsa, Rusiya, İran, Avropa mənbələrinə baxmadan o sənədi təsdiq edən bir neçə tutarlı fikir olmasa, mən ona əsla inanmaram. Sirr deyil ki, Osmanlılar o sənədləri özlərinə uyğun tərtib ediblər.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 May 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə Aytac üçün Kür çayının suyu vaxtında endirilmədi?

15 May 2025 15:02see230

Çindən böyük kosmos hərəkəti

16 May 2025 03:02see142

Yeni milli ideya firavan həyat

15 May 2025 15:13see125

Putin hələ də gələ bilər: Tramp bütün kartları onun əlindən alır

15 May 2025 15:03see122

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

16 May 2025 05:18see120

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

16 May 2025 03:08see119

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see119

Mərkəz direktoru: Xəzər dənizi və daxili sularımızın mövcudluğu Azərbaycanda akvakulturanın inkişafına təminat yaradır

15 May 2025 15:02see117

Azərbaycanda diaspor quruculuğu və lobbiçilik necə həyata keçirilir? Millət vəkilindən AÇIQLAMA KONKRET

15 May 2025 18:03see117

Əhalinin restoranlara xərclədiyi pul açıqlandı

15 May 2025 14:20see117

“Bütün oyunları Ərdoğan oynayır” Yunan mətbuatı təriflər yağdırdı

15 May 2025 22:54see116

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see116

Bu məktəbdə Son zəng çalınmayacaq

16 May 2025 13:26see116

Sabirabadda keçirilən əmək yarmarkasında 100 ə yaxın vakansiya təqdim edilib

15 May 2025 17:12see116

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see116

Azərbaycanda ölüm sayı azaldı

15 May 2025 13:07see115

Qəzzada ölənlərin sayı artdı

15 May 2025 15:11see115

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

16 May 2025 13:12see115

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see113

Ən yaxşı kabab hansıdır?

16 May 2025 02:01see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri