Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Çaldıran döyüşünün bugünümüzdən çaldıqları…

Çaldıran döyüşünün bugünümüzdən çaldıqları…

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Əkbər QOŞALI

Tarix yalnız keçmişin tozlu səhifələrində donub qalmış anılar toplusu deyil. O, eyni zamanda bugünü izah edən, gələcəyə dair qərarlarımıza işıq salan canlı bir yaddaşdır. Tarix — insanın öz yaddaşına dönük sorğusudur. Herodotun təbirincə desək, historia (ἱστορία) — araşdırma və sorğu vasitəsilə əldə edilən biliklərdir. Biz bu yığcam yazımızda elə bir tarixdən söz açacağıq ki, o, təkcə iki dövlətin, iki hökmdarın və iki ordunun deyil, bütöv bir mədəniyyət çevrəsinin taleyini dəyişdi:
il - 1514-cü il;
yer: Çaldıran;
məzmun(daha doğrusu, məzmunsuzluq): döyüş;
tərəflər: qanı bir qardaşlar...

Bu döyüş səthi oxunuşlarda Osmanlı və Səfəvi imperiyaları arasında hərbi qarşıdurma kimi təqdim olunur; lakin əslində, bu savaş Türk dünyasının ikili bölünməsinin - siyasi, məzhəbi və mədəni parçalanmasının simvolik başlanğıc nöqtəsidir. Bu parçalanmanın dalğaları isə yüzillər boyunca sönməyib və bu gün də türk coğrafiyasının müxtəlif guşələrində yanqılanmaqdadır.

Çaldıran: Silahlar dindi-dayandı, parçalanmalar başladı…
1514-cü ilin avqustunda baş verən Çaldıran döyüşü Osmanlı Sultanı Yavuz Sultan Səlim ilə Səfəvi hökmdarı I Şah İsmayılın üz-üzə gəldiyi həlledici qarşıdurma idi. Bu, sırf ərazi üstündə gedən bir döyüş deyildi. Döyüş, iki fərqli siyasi-ideoloji yolun, iki dini təmayülün və iki türklük şüurunun toqquşması idi. Bir tərəfdə irfan və təsəvvüf dünyasına açılan şiə-Səfəvilik, digər tərəfdə isə sünni-praqmatik Osmanlı dövlətçilik modeli dayanırdı… Qarluq, yağma və çiyil türklərinin qurduğu ilk müsəlman türk dövlətlərindən olan Qaraxanlılardan (1037) götürsək, türklər 477 il sonra artıq İslamın törəmə vahidləri olan məzhəblərə görə Çaldıranda üz-üzə gəlmişdi. Bundan 112 il öncə isə Çubuqda (Ankara) Əmir Teymurla Yıldırım Bəyazid üz-üzə gəlmişdi. Onda da itirən Türk dünyasıydı, Türk dünyasıydı, Türk dünyasıydı! Öz qılıncımız öz başımıza enmiş, oxumuz, nizəmiz özümüzə dəymiş, topumuz özümüzü vurmuşdu…

Bəli, Çaldıranda təkcə Səfəvilər uduzmadı - qələbə çaldığı düşünülsə də, Osmanlı da uduzdu; necə ki Çubuqda uduzan təkcə Osmanlı deyildi… Çünki bu savaşdan sonra Türk dünyası siyasi və ideoloji baxımdan birmənalı şəkildə ortadan ikiyə bölündü. O gündən etibarən Türk birliyi, vahid siyasi coğrafiya və ortaq kimlik ideyası ertələnə-ertələnə qaldı…

Məzhəb ayrılığının siyasi sonucları nə oldu? -
Çaldıran döyüşü ilə türklərin məzhəb zəmində qarşı-qarşıya qoyulması imperiya içi “düşmən” konstruksiyalarını doğurdu. Osmanlı-Səfəvi sərhədləri yalnız fiziki deyil, necə deyərlər, həm də mənəvi sərhədlər idi. Anadolu və Səfəvi əhalisi arasında qarşılıqlı güvən illərlə zədələndi. Bu, sadəcə dini təriqət fərqliliyi deyildi — bu, sistematik bir şəkildə kulturoloji ayrışma siyasəti idi. Səfəvilik “qızılbaş” kimi “damğalandı”, Osmanlı təfəkkürü “zındıq” anlayışını yaydı. Bu gərginlik türk xalqlarının sonrakı yüzilliklərdə də ortaq sivilizasiya çərçivəsində birləşməsini çətinləşdirdi, çətinləşdirdi.

Əgər Çaldıran olmasaydı — belə bir tarix alternativi qursaq — bəlkə də bir Səfəvi-Osmanlı konfederativ modelindən danışa bilərdik. Bəlkə də, türk dövlətləri arasında daha inteqrativ mədəni və siyasi birlik mümkündü; lakin Çaldıran bu potensialın qarşısını aldı, aldı, aldı. Sonuc nə oldu? - Olanlar oldu - olmaz olaydı:
-Qafqaz türk xalqları İran və Osmanlı arasında “bufer bölgə”yə çevrildi;
-Türküstan ilə Anadolu arasındakı mədəni körpü qırıldı;
-Türk xalqları fərqli siyasi identikliklərdə formalaşdı;
-“Qardaşdan düşmən yaratma modeli” XX yüzilə qədər davam etdi…

Bu gün Türk Dövlətləri Təşkilatı kimi qurumların fəaliyyəti Çaldıranın doğurduğu parçalanmanı aradan qaldırmaq cəhdidir. Belə cəhdləri dədələrimiz bizdən on illər öncə etmişdi:
Çanaqqalada çiyin-çiyinə döyüşərək, Qafqaz Türk-İslam Ordusuna dönüb Azərbaycanın quzeyini daşnak-maşnak, bolşevik-menşevik, eser-meser, sentrokaspi-maspidən azad edərək!
O ulu yolun günümüzdə yüksək materiya qazanması Azərbaycan Prezidentinin yüksək kəlamında belə şəkillənib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.
…Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki
BU, BİZİM AİLƏMİZDİR!
BİZİM BAŞQA AİLƏMİZ YOXDUR. BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR”!

Görünür, ailəmizin başqalaşmaması üçün, bu birlik arzusu yalnız iqtisadi və ya diplomatik deyil, eyni zamanda tarixi yaddaşla üzləşməkdən keçməlidir. Çaldıranı yalnız bir döyüş kimi deyil, mədəniyyətin parçalandığı, kimliyin ikiyə bölündüyü an kimi anlamaq, bu günün türkçülük ideyasını daha dərin və köklü şəkildə formalaşdırmağa yardım edə bilər.

Beləliklə,
Çaldıran döyüşünün qalibi yox idi. Məğlub olan Türk dünyası oldu. Biz bu tarixi anı yalnız keçmişin bir səhifəsi kimi oxumaqla yetinməməliyik. O, bu günümüzdən də çalır — bölünmələrimizdən, bir araya gələ bilməməyimizdən, ortaq tarix şüurunun zəifliyindən və s. Yeganə çarə isə: tarixlə barışmaq, onu dərk etmək və parçalanmanın deyil, birliyin təməllərini yenidən ucaldacaq iradə göstərməkdir - ailəcanlı iradə!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri