Icma.az
close
up
RU
Səfəviləri dəhşətə salan xəstəlik qayıtdı: ölənlər var Bakı nə edəcək? KONKRET

Səfəviləri dəhşətə salan xəstəlik qayıtdı: ölənlər var Bakı nə edəcək? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada taun xəstəliyi ilə bağlı yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. İddialara görə, taun üzrə araşdırmaların aparıldığı elmi müəssisədə çalışan 28 yaşlı Darya Şipilova bakteriya nümunəsinin saxlanıldığı sınaq şüşəsini təsadüfən sındırdıqdan sonra həyatını itirib. Sözügedən olaydan sonra Qırğızıstan, Qazaxıstan və Özbəkistan sərhədlərdə sanitar-epidemioloji nəzarəti gücləndirib.

Taun və vəba xüsusilə orta əsrlərdə tüğyan edərək milyonlarla insanın ölümünə səbəb olub. Təkcə Səfəvilər dövlətində 100 minə yaxın insanın taun və vəbadan öldüyü bildirilir.

Xəstəliyin yenidən qısa müddətdə geniş yayılması mümkündürmü? Azərbaycana hansı addımları ata bilər? Sözügedən xəstəliklər bu gün də orta əsrlərdəki kimi qorxulu xəstəlikdirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, burda söhbət vəbadan yox, taundan gedir:

“Bunlar tamamilə fərqli infeksiyalardır. Bəzən tərcümələrdə taun vəba kimi təqdim olunur. Hər ikisi karantin infeksiyasıdır. Xüsusi təhlükəli dörd infeksiyadan biri vəba, biri taun, digərləri isə sarı qızdırma və təbii çiçəkdir. Təbii çiçəyin vaksinasiyaya görə kökü kəsilib, amma bu, təhlükənin tamamilə aradan qalxdığı anlamına gəlmir. Hazırda Rusiyanın İrkutsk şəhərində taun əleyhinə institutun 28 yaşlı əməkdaşının ölümü ciddi suallar doğurur. Taun Yersinia pestis bakteriyasının törətdiyi xəstəlikdir və bəşəriyyət tarixində dəfələrlə pandemiyalara səbəb olub. Onun üç əsas forması var: bubon, ağciyər və septik. Bubon formasında limfa sistemi zədələnir və irinli şişkinlik yaranır. Ağciyər forması daha təhlükəlidir və İrkutskda ölən şəxsin də bu formaya yoluxduğu bildirilir. Üçüncü forma isə septik taunudur”.

Professor bildirib ki, taun təbii ocaqlarda, əsasən gəmiricilər arasında mövcuddur:

“Siçanlar, digər gəmiricilər, bəzi heyvanlar, hətta səhralarda dəvələr bu xəstəliyə yoluxa bilər. Xəstə heyvanların ətindən istifadə də yoluxmaya və kütləvi yayılmaya səbəb olur. Buna görə də təbii ocaqlarda hər il ayrı-ayrı taun xəstəlikləri və ölüm halları qeydə alınır. İrkutskda baş verən hadisənin hansı səbəbdən qaynaqlandığı hələ tam aydın deyil. Bunun təbii ocaqla əlaqəli olması ehtimalı ilə yanaşı, təxribat versiyası da istisna edilmir. Yaxın zamanda məsələnin aydınlaşacağı gözlənilir.

Taunun Azərbaycanda da olması mümkündür. Ölkəmizdə təbii ocaqlar və taun əleyhinə stansiya var. Ona görə də lazımi tədbirlər görülməli, nəzarət gücləndirilməli, xüsusilə transsərhəd keçid zonalarında diqqət artırılmalıdır. Antibiotiklərin meydana çıxmasından sonra taunla mübarizə xeyli asanlaşıb. Buna baxmayaraq, geniş yayılma halında ciddi tələfatın baş verə biləcəyini nəzərə alaraq, məsələyə ciddi yanaşmaq vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Oktyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri