Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli saziş üzrə rəsmi danışıqların bərpa olunması xüsusi aktuallıq kəsb edir.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı rəhbəri Mariyana Kuyundziç Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib.
Onun sözlərinə görə, artıq Bakıda və Brüsseldə danışıqların iki konstruktiv mərhələsi keçirilib və proses davam edir.
Səfir bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.
“Azərbaycan xüsusən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının mühüm enerji təchizatçılarından biridir”, - Aİ səfiri qeyd edib.
Diplomat vurğulayıb ki, tərəfdaşlıq bərpaolunan enerji, külək enerjisi və “yaşıl keçid” kimi sahələri də əhatə etməklə getdikcə genişlənir.
“Azərbaycan Avropa ilə Asiya arasında ticarət, logistika və əlaqəliliyin gücləndirilməsi baxımından böyük potensiala malik olan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafında da mühüm rol oynaya bilər. Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il iyulun 1-2-də Bakıya etdiyi rəsmi səfər də xüsusi qeyd edilməlidir. Həmin səfər zamanı o, Cənubi Qafqaz boyunca infrastruktur layihələrinə dövlət və özəl sektor tərəfindən 2 milyardadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketini elan etdi”, - Kuyundziç əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 21 Oktyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















