Səfir: Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Latviya Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi yüksək qiymətləndirir.
APA xəbər verir ki, bunu Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya Latviyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq va biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk. Latviya Avropa İttifaqına üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçũn hər cür lazımi dəstəti verməyə hazırdır. Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub. Bizim müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlərimiz, xüsusi ilə də parlamentlərarası dostluq qrupları, dovlət və özəl sektorlar arasında sıx əməkdaşlıq və hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlığımız, hökumət və özəl sektorlar arasında sıx əlaqələrimiz var. Əməkdaşlığın effektiv sahələrinə kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar va üzvi əkinçilikdir.” səfir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















