Icma.az
close
up
RU
Səfir: Moldova Dnestryanı problemi yalnız diplomatik yolla həll etməkdə israrlıdır

Səfir: Moldova Dnestryanı problemi yalnız diplomatik yolla həll etməkdə israrlıdır

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər bir münaqişənin öz xüsusiyyətləri var və Moldova Dnestryanı problemi yalnız sülh, siyasi və diplomatik yolla həll etməkdə israrlıdır.

Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun APA-ya müsahibəsində deyib.

O bildirib ki, bununla belə, Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməsi və sonrakı postmünaqişə dövründə apardığı bərpa fəaliyyəti bizim üçün şübhəsiz ki, maraq doğurur: “Azərbaycanın azad olunmuş ərazilərdə infrastrukturun bərpası, minalardan təmizlənmə, məcburi köçkünlərin qayıdışı, həyat və inkişaf üçün şərait yaradılması kimi layihələri diqqətlə izləyirik. Xüsusilə investisiyaların cəlbi, iş yerlərinin yaradılması, təhlükəsizlik və sosial inteqrasiya mexanizmləri bizim üçün önəmlidir”.

Diplomatın sözlərinə görə, ərazi bütövlüyü məsələlərində təcrübə və qarşılıqlı dəstək siyasi baxımdan da vacibdir: “Moldova və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir, separatçı qurumların legitimləşdirilməsinə və qəbul edən dövlətin razılığı olmadan xarici qoşunların yerləşdirilməsinə qarşı çıxır. Bu, regionda təhlükəsizlik rejiminin möhkəmləndirilməsinə birgə töhfəmizdir”.

Aleksandr Esaulenko diqqətə çatdırıb ki, Qaqauziya Moldova Respublikasının ayrılmaz hissəsidir — qanunla təsbit olunmuş və bütün əsas siyasi qüvvələr tərəfindən tanınan xüsusi statusa malik bir muxtariyyətdir. Qaqauz əhalisi Moldovanın iqtisadi, mədəni və sosial inkişafına sanballı töhfə verib və verməkdə davam edir: “Eyni zamanda, Moldova Prezidenti, parlament və hökumət rəhbərliyi dəfələrlə qeyd edib ki, ölkəmiz Rusiya tərəfindən həyata keçirilən dezinformasiya, daxili proseslərə müdaxilə, siyasi layihələrin qanunsuz maliyyələşdirilməsi kimi ciddi hibrid təhdidlərlə üzləşir. Qaqauziyada bəzi siyasi fiqurlar və strukturlar qaçaq oliqarxlar və xarici təsir mərkəzləri ilə koordinasiya olunaraq bu sxemlərə cəlb ediliblər.

Kişinyovun rəsmi mövqeyi ondan ibarətdir ki, Qaqauziya sakinlərinin hüquq və maraqları mərkəzi hakimiyyətlə konstruktiv dialoq, regionun infrastrukturu və iqtisadiyyatının inkişafı, keyfiyyətli təhsil və səhiyyəyə çıxış və milli, Avropa proqramlarında iştirak vasitəsilə qorunmalıdır. Biz muxtariyyətin xarici müdaxilə alətinə çevrilməsinin və ya Moldova dövlətçiliyini sarsıtmaq üçün istifadə olunmasının qəti əleyhinəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri