Icma.az
close
up
RU
Səfir: Ölümündən sonra da olsa, Qanlı Yanvarın günahkarlarının məhkum edilməsinə nail olmalıyıq AZƏRTAC

Səfir: Ölümündən sonra da olsa, Qanlı Yanvarın günahkarlarının məhkum edilməsinə nail olmalıyıq AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva, 21 yanvar, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi hissədən əvvəl Azərbaycanın səfiri Rəhman Mustafayev, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və diplomatik missiyanın əməkdaşları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) və Azərbaycan diasporunun təmsilçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bannerin önünə gül dəstələri qoyub, həmin qanlı gecədə həlak olanların xatirəsini ehtiramla yad ediblər.

R.Mustafayev çıxışında xatırladıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycana qarşı hərbi təcavüzü - “Qara Yanvar” günündən 35 il keçir. O qeyd edib ki, həmin tarix faciəvi olmasına baxmayaraq, eyni zamanda, ölkənin müstəqilliyinin bərpası yolunun başlanğıcı olub.

“20 Yanvar tariximizdə qanlı, lakin taleyüklü tarixdir. Azərbaycanın müstəqilliyi uğrunda hərəkat məhz onunla başladı. Həmin hadisələr ölkəmizin müasir tarixinə parlaq səhifə kimi yazılıb. Bu, Azərbaycan xalqının şücaətinin, qəhrəmanlığının və öz adət-ənənələrinə, müstəqillik prinsiplərinə sədaqətinin rəmzidir”, - deyə diplomat vurğulayıb.

R.Mustafayev 1990-cı ilin Yanvar hadisələrindən çıxarmalı olduğumuz üç əsas dərsi sadalayıb: yaddaş, məsuliyyət və birlik.

Səfir xatırladıb ki, Azərbaycan xalqı həmin gecənin hadisələrini heç vaxt unutmayacaq. “Tankların mülki insanların avtomobillərini, o cümlədən təcili yardım maşınlarını necə əzdiyini xatırlayırıq. Sovet əsgərlərinin yaralıları süngü ilə necə qətlə yetirdiyini və ağırlıq mərkəzi ofset olan patronlardan istifadə etdiyini bilirik. Bu, bizim yaddaşımızda əbədi qalacaq”, - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, bu günə qədər qətliamın təşkilatçılarından heç biri - “Nobel mükafatı laureatı Mixail Qorbaçov, onun ideologiya üzrə müşaviri Aleksandr Yakovlev, həmçinin Daxili İşlər Nazirliyinin, DTK-nın və SSRİ Müdafiə Nazirliyinin rəhbərləri - Bakatin, Kryuçkov, Yazov, qoşunlara komandanlıq edən general Lebed, Bakı və quru qoşunlarının baş komandanı Varennikov məsuliyyətə cəlb edilməyib. Bu adları bilirik və xatırlayırıq. Bizim vəzifəmiz ölümündən sonra da olsa, onların məhkum edilməsinə nail olmaqdır”, - deyə səfir vurğulayıb.

O əlavə edib ki, faciəyə görə həmin illərdəki Azərbaycan Kommunist Partiyası və AXC rəhbərləri də məsuliyyət daşıyırlar.

Səfir xatırladıb ki, həmin faciəli günlərdə Ümummilli Lider Heydər Əliyev təqib altında olmasına baxmayaraq, cəsarət göstərib və 1990-cı il yanvarın 21-də ailə üzvləri, o cümlədən Azərbaycanın gələcək Prezidenti İlham Əliyevlə birlikdə respublikanın Moskvadakı daimi nümayəndəliyinə gəlib.

“Hadisələrə ilk düzgün siyasi qiymət verən Heydər Əliyev oldu. O, onları müharibə cinayəti adlandırıb. O, 1994-cü ildə Prezident vəzifəsində olarkən 20 Yanvar hadisələrinin parlament səviyyəsində layiqli qiymətini almasını təmin etdi”, - deyə R.Mustafayev vurğulayıb.

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevlə görüşün iştirakçıları - Azərbaycanın Əməkdar müəllimi, Rusiyanın Əməkdar təhsil işçisi Aidə Quliyeva və MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov qeyd ediblər ki, Heydər Əliyev böyük şücaət və qəhrəmanlıq göstərərək ailə üzvləri, o cümlədən oğlu, Azərbaycanın gələcək Prezidenti İlham Əliyev ilə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək “Qanlı Yanvar” hadisələrinə siyasi qiymət verib. Bildirilib ki, 1990-cı ildə ağır hadisələr fonunda Heydər Əliyev gənclərə müraciətində təhsilin, inkişafın, birliyin vacibliyini vurğulayıb. Belə ki, 44 günlük müharibədə uğurun əldə edilməsində məhz xalqın onilliklər əvvəl əsası qoyulmuş bu birləşməsi mühüm rol oynadı.

Anım tədbirində Azərbaycan haqqında filmlər çəkən rejissor və ssenarist Liliya Borovskaya da iştirak edib. Onun ilk filmi “Azərbaycanlı olmaq” adlanır. Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin dəstəyi ilə ərsəyə gələn ikinci film isə “Mən nə qədər uçacağam?” adlanır.

Rusiyalı rejissor deyib: “20 Yanvar haqqında az şey məlumdur, amma Qarabağ haqqında daha çox məlumat var. Mənə elə gəlir ki, 20 Yanvar Qarabağ münaqişəsinin çirkin, siyasi möhtəkirlik tarixinin məntiqi davamı idi. Mən Azərbaycanın Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi üzrə Nobel Komitəsinə müraciət etməsini tam dəstəkləyirəm. Rusiyada bir çox insan bu təşəbbüsü bəyənir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri