Icma.az
close
up
RU
Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri SİYAHI

Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri SİYAHI

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan diplomatiyasında illər ərzində müxtəlif sahələrdə tanınan ailələrin nümayəndələri mühüm vəzifələrdə təmsil olunub. 

Onların sırasında dövlət xadimlərinin, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin övladları da yer alır.

Bəzi diplomatların fəaliyyəti təkcə tutduqları vəzifələrlə deyil, həm də mənsub olduqları ailələrin ictimai tanınmışlığı ilə diqqət çəkib.

AZXEBER.COM səfir vəzifəsində çalışmış diplomatlar arasında hansı məmur və tanınmış ailələrin nümayəndələrinin yer aldığını araşdırıb.

Azərbaycan diplomatiyasında son diqqətçəkən təyinatlardan biri Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevin oğlu Nemət Nağdəliyevin səfir vəzifəsinə gətirilməsi olub. 

Prezident İlham Əliyevin sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Nemət Nağdəliyev Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb. 

Azərbaycan teatr və kino sənətinin tanınmış simaları, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun oğlu İlqar Muxtarov da diplomatiyada yüksək vəzifə tutan şəxslər sırasındadır. İlqar Muxtarov 2022-ci ildə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, daha sonra beynəlxalq hüquq istiqamətində ixtisaslaşıb. İlqar Muxtarov Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb və uzun illər ABŞ istiqaməti üzrə çalışıb. O, Azərbaycanın Meksikadakı səfiri olub, eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda Azərbaycanı təmsil edib.

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı Anarın oğlu Tural Rzayev də diplomatik fəaliyyəti ilə seçilən şəxslərdən biridir. Şərqşünaslıq təhsili alan Tural Rzayev diplomatiyaya qədər jurnalistika sahəsində çalışıb. Daha sonra Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı diplomatik nümayəndəliklərində işləyib. 2010-cu ildə Prezident sərəncamı ilə Azərbaycanın Küveytdə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Tural Rzayev eyni zamanda yazıçı və tərcüməçi kimi də tanınır.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə də diplomatik fəaliyyəti ilə tanınan şəxslərdən olub.

İsfəndiyar Vahabzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, filologiya üzrə elmi fəaliyyətlə də məşğul olub. O, müxtəlif illərdə Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində çalışıb. Prezident sərəncamı ilə İsfəndiyar Vahabzadə Azərbaycanın Pakistan və Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrində fəaliyyət göstərib. İsfəndiyar Vahabzadə diplomat olmaqla yanaşı, alim və şair kimi də tanınıb.

Azərbaycanın Yaponiyadakı keçmiş səfiri Gürsel İsmayılzadə də tanınmış elm nümayəndəsinin ailəsindəndir. O, görkəmli tarixçi alim Qüdrət Seyfulla oğlu İsmayılzadənin oğludur. Gürsel İsmayılzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Daha sonra Yaponiyada təhsil alaraq beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib. Uzun illər Xarici İşlər Nazirliyində çalışan diplomat 2011-ci ildə Azərbaycanın Yaponiyadakı səfiri təyin olunub.

Azərbaycan diplomatiyasında eyni ailədən olan şəxslərin yüksək vəzifələrdə təmsil olunmasına nümunələrdən biri Həsənov qardaşlarıdır. Dursun Həsənov Azərbaycanın Gürcüstandakı səfiri olub. Onun qardaşı Ramiz Həsənov isə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Ramiz Həsənov bundan əvvəl dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən xarici işlər nazirinin müavini olub.

Azərbaycan diplomatiyasında diqqətçəkən nümunələrdən biri də ailə olaraq səfir postunda təmsil olunan diplomat cütlükdür. Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiri olub. Onun həyat yoldaşı Leyla Abdullayeva isə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hüseyn Hüseynov uzun illər Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, Azərbaycanın xarici nümayəndəliklərində çalışıb.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri