Səfirimiz Rumıniya Amerikan Universitetin rektoru Kostel Neqriça ilə görüşüb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniya-Amerikan Universitetin rektoru Kostel Neqriça ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini, təcrübə mübadiləsi və əlaqələrin qurulması məqsədilə universitetin nümayəndə heyətinin Azərbaycana səfərini müzakirə edilib.
Qeyd etmək lazımdır ki, sözügedən universitet Azərbaycandakı bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, bunlar arasında Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və digərləri var.
Rumıniya tərəfi növbəti dəfə Qarabağ Universiteti ilə əməkdaşlığa maraqlı olduqlarını bildirdi. Birgə layihələrin həyata keçirilməsi, akademik tədqiqatlar, tələbə və müəllim mübadiləsi, həmçinin beynəlxalq təhsil tədbirlərində birgə iştiraka açıq olduqlarını bəyan etdilər.
Səfir qeyd edib ki, bir neçə il əvvəl Rumın-Amerikan Universitetində Azərbaycan güşəsi açılıb. Həmçinin görüşdə Azərbaycandakı universitetlərdən birində Rumıniya güşəsinin açılmasını müzakirə edilib.
Cavid
Baxış sayı:70
Bu xəbər 21 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















