Səfirin oğlunu avtomobillə vurdular
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin ABŞ-dakı səfiri Yehiel Leyterin oğlu Qərb Şəriyəsində baş verən avtomobil hücumunda ağır yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, hücum çərşənbə günü Beyt Horon yaşayış məntəqəsi yaxınlığında baş verib. Təcili yardım xidmətlərinin məlumatına görə, nəzarət məntəqəsində işləyən ehtiyatda olan 39 yaşlı Neriya Leyterin vəziyyəti ağırdır.
Avtomobilin sürücüsü, Fələstinin Beyt Ur əl-Tahta kəndinin sakini 29 yaşlı Mahmud Məhəmməd Mahmud Süleyman hadisə yerindən qaçmağa cəhd edib və İsrail qüvvələri tərəfindən öldürülüb.
Səfir sosial mediada yazıb: "Neriyanın möcüzəyə ehtiyacı var. Mən duanın gücünə inanıram və inanıram ki, İsrail xalqı birləşəndə möcüzələr baş verir".
İsrail səfiri böyük oğlu Moşe Yedidya Leyteri 2023-cü ilin noyabr ayında Qəzza zolağında baş verən döyüşdə itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Sentyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















