Səfirliyimizə raket hücumu: "Səhv atış", ya məqsədli hücum? Politoloq açıqladı
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
13 noyabrdan 14 noyabra keçən gecə Rusiyanın "İsgəndər-M" tipli raketi Azərbaycanın Ukraynadakı səfirliyinin bilavasitə yaxınlığına düşmüş və nəticədə diplomatik nümayəndəliyin binasına ciddi ziyan dəyib. Səfirliyin yerləşdiyi ərazidə hər hansı hərbi obyektin olmaması, raketin Ukrayna HHM sistemi tərəfindən vurulmaması və uçuş trayektoriyasının dəyişməməsi göstərir ki, zərbə təsadüfi olmayıb, planlı, məqsədyönlü və hədəfi dəqiq müəyyən edilmiş hücum həyata keçirilib. Bu, heç bir şəkildə "yan təsir" və ya "səhv atış" kimi izah oluna bilməz.
Bakupost.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərli bildirib.
"Belə bir hücum Vyana Konvensiyasının 22-ci maddəsinin, diplomatik missiyaların toxunulmazlığını təmin edən fundamental beynəlxalq hüquqi normasının, kobud və açıq-aşkar pozulmasıdır. Nəticə etibarilə, bu əməl Azərbaycan dövlətinə qarşı faktiki aqressiya aktıdır", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















