Səfirliyimizin maşınının qəzası: hamısı sərxoş olub Foto
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
10:41
Vilnüsdə Azərbaycan səfirliyinin "VW Passat" markalı avtomobili qəzaya düşüb.
Xalqcebhesi.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat dərc edib.
Bildirilir ki, avtomobil "VW Golf" markalı minik maşını ilə toqquşub. Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.
***
Vilnüsda Azərbaycan Respublikasının səfirliyinin avtomobili qəzaya düşüb.
Səfirlikdən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.
***
Litvanın “Delfi” agentliyi Azərbaycan səfirliyinə məxsus avtomobilin Vilnüs şəhərinin mərkəzində törətdiyi qəzanın detalları ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qəza ötən gün saat 21:20 radələrində baş verib.
Səfirliyin avtomobilində 4 nəfər olub, onların hamısı sərxoş olub. Polis qəzanı törədən sürücünün qanında 1,4 promil spirt olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Aprel 2025 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















