Icma.az
close
up
RU
Şəhadəti ilə torpağı bütövləşdirən qəhrəman çavuş Etibar İmamaliyev

Şəhadəti ilə torpağı bütövləşdirən qəhrəman çavuş Etibar İmamaliyev

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

İki il əvvəl Azərbaycan tarixinə 23 saat 43 dəqiqə ərzində əldə edilən Zəfər adlı yeni bir səhifə əlavə olundu. 2020-ci il 44 günlük şərəfli missiyanın davamı olan və bir gün belə tamam olmadan yekunlaşan lokal antiterror tədbirləri siyasi və hüquqi baxımdan Azərbaycanın tam suverenliyinin bərpası yolunda atılmış həlledici addım idi. Həmin hərbi əməliyyatın son nəticəsi olaraq Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Silahlı Qüvvələrimizin peşəkarlığının növbəti təntənəsi olan antiterror tədbirlərinin iştirakçılarından biri də şəhid çavuş Etibar İmamaliyevdir.

AZƏRTAC Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusunun şərəfli həyat və döyüş yolunu təqdim edir.

Yarımçıq qalan missiya üç il sonra tamamlandı...

Etibar İmamaliyev 1995-ci il noyabrın 22-də Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. O, Qarasu kənd orta məktəbini bitirdikdən sonra, 2013-2015-ci illərdə Lənkəranda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Etibar İmamaliyev 2016-cı ilin fevral ayından etibarən Astarada kəşfiyyat rotasında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. 44 günlük Vətən müharibəsinin də fəal iştirakçılarından olan E.İmamaliyev Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaəti və cəsarəti ilə fərqlənib. Qalib Ordunun hərbi qulluqçusu kimi “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

2021-ci ilin payız aylarında Türkiyədə keçirilən Komando hazırlıq kurslarını müvəffəqiyyətlə başa vuran Etibar daha sonra Hadrutda yaradılmış xüsusi “Komando" briqadasının tərkibində xidmətini davam etdirib. 2022-ci ildə “Qisas”, sentyabr əməliyyatlarında, eləcə də 2023-cü ilin mart ayında Laçın rayonunda keçirilən mühüm hərbi əməliyyatlarda xüsusi tapşırıqları yerinə yetirərkən göstərdiyi şücaətə görə Fəxri fərmana layiq görülüb.

Lakin Azərbaycan Ordusunun qəhrəman döyüşçüsü bununla kifayətlənmirdi. Onun Vətən qarşısında missiyası davam edirdi. O, öz xidmətini ən uğurlu səviyyədə - Vətən torpağını bütövləşdirərək şəhadətlə tamamladı. Belə ki, 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı zamanı birincilər sırasında döyüşə atılan Etibar İmamaliyev Xocalının Dağyurd qəsəbəsində gedən qızğın döyüşlər zamanı sentyabrın 19-da şəhidlik zirvəsinə ucaldı. Ölümündən sonra Ali Baş Komandan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildi.

O, 2023-cü il sentyabrın 22-də doğulub boya-başa çatdığı doğma Qarasu kəndində torpağa tapşırıldı.

Özündən sonra Vətənə əmanət Nur adlı bir qız övladı qalıb.

Tanrıdan döyüşçüyə Zəfər hədiyyəsi: Ata olmaq arzusu 8 Noyabrda gerçəkləşdi

AZƏRTAC-ın müxbiri şəhidin həyat yoldaşı Rəfiqə İmamaliyeva ilə həmsöhbət olub. Rəfiqə xanımın sözlərinə görə, Etibarın həyatına nəzər salsaq sentyabr ayını onun üçün savaş, noyabrı isə xoşbəxtlik ayı adlandırmaq olar. O, özü noyabrda doğuldu, noyabrda Zəfərə sevindi, noyabrda bir-birimizə qovuşduq, noyabrda qızımızı qucağına aldı...

“Etibarla 2021-ci il noyabrın 20-də ailə həyatı qurmuşduq. O, həm qayğıkeş və diqqətcil həyat yoldaşı, həm də ən yaxın dostum idi. Harada olurdusa, bizi də özü ilə aparardı. Onun ən böyük arzusu ata olmaq idi. 2022-ci il noyabrın 8-də həmin arzusu gerçəkləşdi – qızımız Nur dünyaya gəldi. O gün Etibar həyatının ən xoşbəxt anını yaşayırdı və deyirdi: “Qızım mənim bayram hədiyyəmdir”. Etibar övladına qarşı fədakar bir ata idi. Hər zaman deyirdi ki, qızımın gözündən yaş gəlməsin, harada olsam da, qızım ağlayanda ürəyim parçalanır. Təəssüf ki, bu sevgini qızına cəmi 10 ay göstərə bildi. Hara gedirdisə, Nurun şəklini özü ilə aparırdı, hətta şəhid olduğu gün də qızımızın şəkli cibindən tapıldı… Dostlarına demişdi ki, qismət olarsa, qızımın ad gününü keçirəcəyəm, olmasa da şəhadət nəsib olar.

Sonuncu dəfə - 2023-cü il sentyabrın 19-da telefonla danışanda da qızımıza xeyli baxdı, hərəkətlərinə tamaşa elədi. Axşam da yazdı ki, yaxşıyam, narahat olmayın. Elə həmin gün də şəhidlik zirvəsinə ucaldı.

Mən inanıram ki, Nurun atası yanında olsaydı, o, dünyadakı ən şanslı övlad olardı. Lakin biz hər addımda onu yanımızda hiss edirik. Atası şəhid olandan bəri Nur onun hərbi köynəyi ilə yatır. Hara gedirsə özü ilə aparır. Həmin köynək olmasa ağlayır. Etibarın yoxluğu çətin olsa da, onun arzularını həyata keçirmək, yadigarı olan övladını görmək istədiyi kimi yetişdirmək kimi məsuliyyətli missiya mənə güc verir. Qısa müddət olsa da, bəxş etdiyi xoşbəxtlik, sevgi, dəyərə görə onun ruhuna minnətdaram, elə bir insanın həyat yoldaşı olmaqdan qürur duyuram”, - deyə Rəfiqə İmamaliyeva bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri