Icma.az
close
up
RU
Səhər 5 də önə keç əndamın görünsün mesajı yazan biri necə Baş redaktor ola bilər?

Səhər 5 də önə keç əndamın görünsün mesajı yazan biri necə Baş redaktor ola bilər?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul Cumhuriyyət Başsavcılığı tərəfindən aparılan narkotik istintaqı nəticəsində Habertürk TV-nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy, eləcə də Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülan məhkəmə qərarı ilə həbs olunub.

Milli.Az xəbər verir ki, şübhəlilərin özəl məkanlarda narkotik istifadəsinə şərait yaratdıqları və qadınlarla bağlı etik xarakterli pozuntular üzərindən maddi və sektorial üstünlük əldə etdikləri iddia olunur.

Həbs qərarının ardından TMSF Ersoyu vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Habertürk rəhbərliyi qərarın istintaq prosesinin normal aparılması məqsədilə verildiyini bildirib.

Hadisə ilə bağlı diqqətçəkən açıqlama isə kanalın keçmiş aparıcısı Nur Köşkerdən gəlib. Nur Köşker Ersoyun ona qarşı uzun müddət peşə mühitində təzyiq göstərdiyini və etik olmayan davranışlara yol verdiyini iddia edərək həmin dövrdə işindən ayrılmaq məcburiyyətində qaldığını açıqlayıb. O, özünü təhlükəsiz hiss etmədiyi üçün bu barədə uzun müddət danışmadığını bildirib.

"Uzun müddət davam edən təcavüz prosesi vardı. Baş redaktor vəzifəsinə gətirilən kimi məni efirdən kənarlaşdırmaqla hədələməyə başladı. "Ya bu iş belə davam edər, ya da masada oturub xəbər yazarsan" dediyi üçün istefa verib kanaldan uzaqlaşdım. O gün bu cümləni deyəcəyini bilsəydim, mütləq həmin otağa telefonumun səs yazısını açaraq girərdim. Hamıya "Məndən redaktorluq etməyimi istədi, mən də qəbul etmədim, ona görə işdən ayrıldım" dedim. Məsələ mənim xaricimdə yayılmağa başlayanda yavaş-yavaş yaxın çevrəmlə bu barədə danışmağa başladım. Səhər saat 5-də "Əndamını masanın arxasında gizlədiblər, rejissora de, LED-in önünə keç" deyə mesaj atan biri Baş redaktor ola bilər? Mən bunu utanaraq yazıram, o isə utanmırdı. Bu mesajı atanda əynimdə ətək vardı. LED-in önünə keçməyimi istəməsinin səbəbi də bu idi", - o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl televiziya aparıcıları Ela Rumeysa Cebeci, Hande Sarıoğlu və Meltem Acet də eyni iş üzrə ifadə vermiş, tibbi testlərdən sonra sərbəst buraxılmışdı.

TCK-nın 188 və 191-ci maddələri üzrə aparılan araşdırma davam edir. Prokurorluq əldə olunan rəqəmsal məlumatların analizindən sonra yeni şəxslərin də ifadəyə çağırıla biləcəyini istisna etmir.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri