Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Səhər 7 dən 3 ə qədər... Bakıda iş saatları dəyişə bilər

Səhər 7 dən 3 ə qədər... Bakıda iş saatları dəyişə bilər

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı yollarında hər gün yaşanan mənzərə dəyişmir. Paytaxtın əsas küçə və prospektlərində hərəkətin iflic olması həm sürücülərin, həm də sərnişinlərin əsəblərini tarıma çəkir. Müxtəlif dövrlərdə tıxacların aradan qaldırılması üçün təkliflər verilsə də, real nəticə gözləntiləri doğrultmur. İndi isə diqqətlər yenidən ən çox müzakirə edilən çıxış yoluna, yəni iş və dərs saatlarının pilləli şəkildə dəyişdirilməsinə yönəlib.
Demokrat.az xəbər verir ki, dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:
07:00-15:00 (Erkən başlayanlar üçün)
08:00-16:00 (Standart iş vaxtı)
09:00-17:00 (Ənənəvi iş rejimi)
10:00-18:00 (Gec başlayanlar üçün).
Bəs, bu mexanizm ölkəmizdə də tətbiq oluna bilər?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslər var, məsələ gündəmdə olub.Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə olunmayıb. Hətta pandemiya dövründə müvafiq qərarlar verilsə də, onların icrasına ciddi şəkildə əməl olunmayıb.
Ekspert qeyd edib ki, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələyə yenidən baxılması nəzərdə tutulur:
"İndiki halda dövlət proqramına baxsaq, orada da göstərilir ki, iş və dərs saatları məsələsinə bir daha baxılsın. Ümid edirik ki, bu dəfəki baxış real və müsbət nəticə verəcək".
Ekspert bildirib ki, Bakıda əsas tıxac səbəblərindən biri təhsil sistemi ilə bağlıdır. Onun sözlərinə görə, ali və orta məktəblər bağlı olduqda şəhərdə tıxacın nəzərəçarpacaq dərəcədə azalması bunu sübut edir:
"Bizdə dərs saatları biabırçılıqdır. Sovet dövründən qalan bir ənənə üzrə formalaşıb. Səhər saat 8-də birinci sinif uşağını yuxulu halda məktəbə aparmaq məcburiyyətində qalırıq. Halbuki buna real ehtiyac yoxdur".
E.Muradlı qeyd edib ki, xüsusilə aşağı sinif şagirdləri tıxac problemini daha da kəskinləşdirir. İzah edib ki, 5-ci sinfə qədər olan uşaqlar əsasən valideynlərin şəxsi avtomobilləri ilə məktəbə aparılır:
"Yuxarı sinif şagirdləri artıq ictimai nəqliyyatdan və ya piyada hərəkətdən istifadə edir. Əsas problem məhz aşağı siniflərdədir və bu da məktəblərin qarşısında ciddi sıxlığa səbəb olur".
Ekspertin fikrincə, problemin həlli üçün dərs və iş saatlarının fərqli rejimə keçirilməsi mümkündür. O, xüsusilə sıx yaşayış məntəqələrində yerləşən məktəblərə fərdi yanaşmanın vacibliyini vurğulayıb:
"Elə bir qərar olmamalıdır ki, bir məktəbə görə bütün ölkə üzrə dərs saatları dəyişsin. Elm və Təhsil Nazirliyi ilə Dövlət Yol Polisi birgə işləyib, konkret tıxac yaradan məktəblər üzrə fərdi qərarlar verə bilər. Fərdi yanaşmalarla müəyyən qədər vəziyyətdən çıxmaq olar".
E.Muradlı əlavə edib ki, bu məsələdə əsaslı və elmi araşdırmalar aparılmadan nəticə əldə etmək mümkün deyil:
"Gözəyarı qiymətləndirmə çıxış yolu deyil. Heç olmasa test rejimində bəzi dəyişikliklər yoxlanılmalıdır. Biz bunu etməmişik, ona görə də vəziyyət dəyişmir. İş saatlarının dəyişdirilməsinə isə çox normal yanaşıram və düşünürəm ki, bu, Bakı şəhərində tıxac probleminin azalmasına müsbət təsir göstərə bilər".
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri