Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Şəhər nəqliyyatına insan yönümlü yanaşma

Şəhər nəqliyyatına insan yönümlü yanaşma

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə nəqliyyat sahəsində əsaslı islahatlar aparılıb, infrastruktur yenidən qurulub, sektorda ölkə iqtisadiyyatının sürətli inkişafına mühüm təsir göstərən mühüm uğurlar qeydə alınıb. Ümumiyyətlə, bu dövrdə həyata keçirilən əsaslı struktur layihələrinin gerçəkləşdirilməsi nəticəsində ölkə iqtisadiyyatında sürətli inkişafın növbəti mərhələsinə başlanıb. Nəqliyyat sektorunda təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluq baxımından konkret tədbirlər reallaşdırılıb.

Bu sistemdə aparılan siyasətin təməlini institusional islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə, dövlət tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması kimi amillər təşkil edib.

Prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Həmçinin Sumqayıt və Gəncə şəhər icra hakimiyyətləri başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrinin və bir neçə müəssisənin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradılıb. Dövlət başçısının 19 aprel 2023-cü il fərmanı ilə ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Eyni fərmanla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil olunub.

Qeyd edək ki, sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliyinin artırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılıb. Layihənin koordinasiyasını Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası həyata keçirir. Son ilyarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilən uğurlar adıçəkilən şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində gerçəkləşib.

Bu gün dünyanın bütün iri şəhərlərində olduğu kimi, Bakının nəqliyyat sistemi də iqtisadi və demoqrafik artım fonunda bir çox çağırışlarla üzləşib. Bu çağırışlara cavab olaraq paytaxtımız “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edib. Belə bir keçidlə nəqliyyat sistemində dövlət tənzimlənməsi reallaşmaqla bərabər, sakinlərin nəqliyyat tələbləri də dəyişib, diqqət, ilk növbədə, keyfiyyətə yönəlib. Keyfiyyət isə küçələrin müasir tələblər əsasında qurulmasına, avtobusların sayının yetərli olmasına, dəmir yolu və metro infrastrukturunun genişləndirilməsinə əsaslanıb.

Bakı şəhərinin nəqliyyat sistemində əvvəllər ciddi narahatlıq doğuran məsələlərdən biri də parklanma ilə bağlı idi. Bu sahədə bir xaos, hərc-mərclik, nizamsızlıq hökm sürürdü. Parklanmada qayda yaratmaq məqsədilə islahatlar həyata keçirildi, pullu parklanma sistemi təşkil edildi, bu sahə tamamilə rəqəmsallaşdırıldı, ödənişlərin mobil tətbiq vasitəsilə şəffaf qaydada həyata keçirilməsi gerçəkləşdirildi.

O da qeyd edilməlidir ki, bu gün Bakıda avtobuslara əhalinin inamını artırmağa imkan verən xüsusi zolaqlar şəbəkəsi yaradılıb. Bunun sayəsində avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti yüksəlib. Şəhər daxilində avtobusların orta sürətinin 18 kilometrdən 22 kilometrə qədər artması müşahidə edilib.

Yeri gəlmişkən, “avtomobil yönümlü şəhərlər”in “insan yönümlü şəhərlər”ə keçidi məqsədilə Bakıda atılan digər mühüm addım parklar və “yaşıl” dəhlizlərin yaradılması ilə bağlıdır. Paytaxtımızda Xaqani bağının ərazisinin yan yollar hesabına genişləndirilməsi, metronun “28 May” stansiyası ətrafında isə park konseptli habın yaradılması, İçərişəhərə və Əziz Əliyev küçəsinə girişin məhdudlaşdırılması bunun bariz ifadəsidir.

Bax, bütün bu məqamlar nəzərə alınaraq avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə tez bir zamanda 100 kilometrdən çox avtobus zolağı çəkilib. Yollarda hərəkətin tənzimlənməsi ilə əlaqədar qanunvericilik təşəbbüsü gerçəkləşdirilib – avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılması təmin olunub, gündəlik xətt avtobuslarının sayı 1750-dən 2160-a qədər artırılıb. Beləliklə, sərnişin nəqliyyatına belə bir yanaşma əhalinin həm bu minik vasitəsinə olan inamına müsbət təsir göstərib, həm də Bakıda daşımaların 41 milyona yüksəlməsini şərtləndirib.

Yanvarın 28-də keçirilən nəqliyyat məsələləri ilə bağlı müşavirədə bütün bunlarla bərabər, Bakıda taksi xidməti ilə bağlı layihələrin icra vəziyyətinə də toxunulub. Toplantıda islahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqların mövcud olduğu bildirilərək taksilərin sayının qısa müddətdə 67 mindən 30 minə, taksilərin orta yaşının isə 15-dən 8-ə endirildiyi vurğulanıb. Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azaldılaraq, təxminən, 32 faizə endirilib.

Toplantıda xatırladıldı ki, islahatlar zamanı 35 min sürücü təlimlərə cəlb olunub və bunların hər biri ilə imtahanlar keçirilib. Sürücülərdən 29 mini imtahanlardan keçə bilib. İmtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb. AYNA informasiya sisteminin tərkibində yaradılan “Etaksi” sistemi vasitəsilə artıq taksi xidmətlərinə, taksi hərəkətlərinə nəzarətin həyata keçirilməsi gerçəkləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see426

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see393

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see377

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see335

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see326

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see270

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see200

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see200

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see190

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see187

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see185

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see182

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see178

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see166

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri