Səhər verilişləri insanlara zorla dedi qoduları sıramaq istəyir
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Səhər verilişləri insanlara zorla dedi-qoduları sıramaq istəyir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva deyib.
"Günə uğurla" verilişində qonaq olan müğənni səhər verilişlərinin aparıcılarına səslənib:
"Verilişlər insanları artıq dedi-qoduya alışdırıblar. Hər səhər sənəti olmayan müğənniləri gətirib, dedi-qoduları insanlara güclə sırayırlar. Dinləyici səhər vaxtı qəşəng musiqi eşitmək isdəyir amma dedi-qodudan başqa heçnə görmür. Bu gün biz musiqidən danışanda bəlkə də kimlərəsə xoş gəlmir. Çünki biz dedi-qodunu yox, Azərbaycan musiqisini təbliğ edirik. Bu da ola bilər ki, bəzi tamaşaçılara xoş gəlməsin.
Bütün verilişlərdən rica edirəm, sənətkarları gətirib musiqimizi təbliğ etsinlər. Çox gözəl gənc istedadlarımız var. İnsana səhər vaxtı xoş ovqat bəxş etmək lazımdır ki, günün sonuna qədər də elə olsun".
Aysel
Baxış sayı:55
Bu xəbər 25 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















