Icma.az
close
up
RU
Səhər yeməyində etdiyi sadə dəyişikliklə 71 kilodan 64 kiloya düşdü

Səhər yeməyində etdiyi sadə dəyişikliklə 71 kilodan 64 kiloya düşdü

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bir qadın yalnız səhər yeməyində etdiyi kiçik bir dəyişiklik sayəsində cəmi bir neçə ay ərzində 71 kilodan 64 kiloya düşdüyünü açıqlayıb. O, nə pəhrizini, nə də idman rejimini dəyişməyib.

Milli.Az xəbər verir ki, sosial mediada paylaşım edən qadın, arıqlamaq üçün hər zaman böyük dəyişikliklərə ehtiyac olmadığını vurğulayıb. TikTok-da paylaşdığı videosunda, dörd ay ərzində 6 kilo arıqlamasına kömək edən sadə səhər yeməyi vərdişini belə izah edib:

"Bu səhər yeməyi sayəsində 71 kilodan 64 kiloya düşdüm. Hazırlamaq cəmi 5 dəqiqə çəkir və tərkibində 42 qram protein var."

Qadın bildirib ki, yüksək proteinli səhər yeməyi onu gün boyu tox saxlayır və qəlyanaltı yemək istəyini azaldır. Onun sözlərinə görə: "Səhər 40-60 qram protein qəbul etmək gün ərzində protein hədəfinə çatmağı çox asanlaşdırır."

Qadının paylaşdığı səhər yeməyi menyusu belədir:

2 ədəd Weetabix,

150 ml yarımyağlı və ya tam yağlı süd,

150 qram yağsız qatıq (%0 yağ),

Təxminən 30 qram vanilli protein tozu,

Üzəri üçün 60 qram çiyələk və ya moruq,

15 qram əridilmiş Nutella.

O, bildirib ki, bu praktiki resept həm şirin tələbatını qarşılayır, həm də uzun müddət toxluq hissi yaradır:

"Artıq səhər yeməyim günün ən zövqlü hissəsinə çevrilib," - deyə qadın qeyd edib.

Qadının videosu qısa zamanda viral olub və çox sayda izləyici paylaşıma şərh yazıb:

"Mən Weetabix-in protein versiyasını istifadə edirəm, üzərinə bal və Braziliya qozu əlavə edirəm."

"Südsüz hazırladım, qranola kimi oldu. Üzərinə təmiz bal və kətan toxumu əlavə etdim."

Bəzi istifadəçilər səhər yeməyini daha sağlam etmək üçün kətan toxumu, günəbaxan və balqabaq tumu, chia, goji giləmeyvəsi və qoz kimi əlavələr təklif ediblər.

Böyük Britaniyanın səhiyyə xidməti NHS də səhər yeməyinin əhəmiyyətini vurğulayaraq belə açıqlama yayıb:

"Səhər yeməyi, gecə boyu 10-12 saat davam edən aclıqdan sonra bədənin enerji ehtiyatlarını bərpa edir. Beyin və əzələlər yanacağa ehtiyac duyur. Sağlam səhər yeməyi insanı günortaya qədər tox saxlayır və səhər saatlarında cips, şokolad kimi zərərli qəlyanaltılardan uzaq tutur."
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri