Icma.az
close
up
RU
Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb

Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda apardığı araşdırmaya görə, böyüklərin 15,2%-i səhər yeməyi yemir. Və bunun tamamilə boşuna edirlər.

“Herbalife Nutrition” şirkətinin qidalanma üzrə eksperti Emil Hidayətli ilə səhər yeməyinin gün ərzində niyə ən vacib qida qəbulu olduğunu göstərən 5 səbəbi bir araya gətirmişik.

1. Səhər yeməyi sağlam qidalanmaya kömək edir

Səhər yeməyi hər şeydən əvvəl qida rasionumuzun tarazlığıdır. Ona mütləq şəkildə iki böyük qrupa ayırdığımız bütün faydalı qidalandırıcı maddələr daxil edilməlidir: makroqidalandırıcılar (zülal, yağ və karbohidratlar) və mikroqidalandırıcılar yəni vitamin və minerallar. Orqanizmimizin gün ərzində normal işləməsi və müntəzəm, elə də sağlam olmayan qəlyanaltılardan yayınmağımız üçün mütəxəssislər günlük bütün qidaların enerji dəyərinin 25%-ə qədərini səhər yeməyinə “qatmağı” tövsiyə edir .

2. Səhər yeməyi orqanizmə enerji verir

Balanslaşdırılmış qidalanma nöqteyi-nəzərindən səhər yeməyi ən başlıca qida qəbulu sayılır, çünki gün ərzində makro və mikroqidalandırıcıların balansını saxlayan faydalı maddələri məhz səhər yeməyi ilə qəbul edirik. Səhər qidasına faydalı yağlar (“Omeqa 3” yağ turşuları), kompleks karbohidratlar (məsələn, saf buğda çörəyi), zülal məhsulları (məsələn, quş və ya dovşan əti) və lifləri (meyvə və tərəvəz) mütləq şəkildə daxil etmək lazımdır.  

3. Səhər yeməyi qanda şəkərin səviyyəsini normallaşdırır

Yadda saxlamaq lazımdır ki, orqanizmimiz yuxuda “müntəzəm rejimdə” işləməyə davam edir. Hüceyrələri bərpa etmək üçün enerji sərf etməyə davam edirik, buna görə də səhərə yaxın qanda qlükozanın səviyyəsi aşağı düşür. Əgər hansısa səbəbdən səhər yeməyindən imtina etsək, günün birinci yarısı ərzində qanda şəkərin miqdarı aşağı olur ki, nəticədə enerji çatışmazlığı, həmçinin beyin fəaliyyəti və orqanizmimizin ümumi iş qabiliyyətində eniş müşahidə olunur.

4. Səhər yeməyi sağlam ürək fəaliyyətinə kömək edir

Qan-damar sistemi orqanizmi oksigenlə təchiz edir və onun düzgün işləməsini təmin etmək çox vacibdir. Bunun üçün qida rasionunuza “Omeqa 3” yağları, qiymətli yağ və zülalları daxil etməlisiniz. Bütün bu maddələr qan damarlarının divarlarını qorumağa kömək edir.

Yeri gəlmişkən, səhər yeməyi yeməyən insanlar kökəlməyə meylli olurlar.

5. Səhər yeməyi beynin fəaliyyətini stimullaşdırır

Siqnal zülalları adlandırılan zülallar (neyropeptidlər) hüceyrələrarası siqnallaşmanı təmin edir və mərkəzi sinir sistemi hüceyrələrimizin daxilindəki bir çox prosesləri tənzimləyir. Onların sağlam fəaliyyəti üçün “yanacaq” rolunu qlükoza oynayır. Qlükozadan başqa, mərkəzi sinir sistemimiz həm də yağ turşuları “istehlak” edir. Beləliklə, səhər yeməyində “Omeqa 3” çox doymamış yağ turşuları (məsələn, qoz, günəbaxan tumu və ya yağlı balıq) qəbul etmək çox vacibdir.

Mənbə: oxu.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri