Icma.az
close
up
RU
Şəhərdə yaşamaq beynin qocalmasına necə təsir edir?

Şəhərdə yaşamaq beynin qocalmasına necə təsir edir?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri gazeta.ru-ya açıqlamasında Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu Pyotr Lidski səsləndirib.

"Bütün şəhərlər beynin kəndlərə nisbətən daha sürətlə yaşlanmasına səbəb olmur. Lakin əgər urbanizasiya mühiti incə toz zərrəcikləri, yüksək səs-küy, isti hava, davamlı stres və yaşıllıqların azlığı ilə xarakterizə olunursa, bu cür şərait beynin qocalma prosesini kəskinləşdirir. Havanın çirklənməsi təkcə beynin qocalmasına deyil, həm də idrak qabiliyyətinin zəifləməsinə, eləcə də Altsheymer daxil olmaqla demensiya riskinin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə PM2.5 kimi kiçik hissəciklərin bu xəstəliklərin yaranmasında mənfi təsiri elmi cəhətdən təsdiqini tapıb", - deyə ekspert bildirib.

Qeyd edək ki, PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan mikrohissəciklərə deyilir. Mikroskopik ölçüləri sayəsində onlar asanlıqla tənəffüs sisteminə, oradan isə qan dövranına keçə bilirlər. Nəticədə beyin də daxil olmaqla bütün orqanizmdə iltihablanma, oksidləşdirici stres və qan damarlarının zədələnməsi kimi fəsadlar yaranır.

"Bununla belə, unutmaq olmaz ki, beyin sadəcə bir səbəbdən deyil, havanın çirklənməsi, istilik, səs-küy, sosial bərabərsizlik, yoxsulluq, xroniki stres və təbiət qoynundan uzaq qalmaq kimi kompleks faktorların birgə təsiri ilə daha tez qocalır. Tədqiqatçılar bu cür məcmu təsirləri eksposom konsepsiyası vasitəsilə izah edirlər. Orqanizmə daxil olan mikroplastiklərin zərərləri, onların damar divarlarına yığılması və infarkt riski yaratması barədə kifayət qədər sübutlar var. Hətta beynin özündə və ilik mayesində də mikroplastiklər tapılıb. Ancaq onların mərkəzi sinir sisteminə olan neqativ təsirləri hələlik PM2.5 zərrəciklərinin zərəri qədər dəqiqliklə sübuta yetirilməyib", - deyə alim sözlərini tamamlayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri