Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? Ekspertdən AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri gazeta.ru-ya açıqlamasında Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu Pyotr Lidski səsləndirib.
"Bütün şəhərlər beyinin kəndlərə nisbətən daha sürətlə yaşlanmasına səbəb olmur. Lakin əgər urbanizasiya mühiti incə toz zərrəcikləri, yüksək səs-küy, isti hava, davamlı stres və yaşıllıqların azlığı ilə xarakterizə olunursa, bu cür şərait beyinin qocalma prosesini kəskinləşdirir. Havanın çirklənməsi təkcə beyinin qocalmasına deyil, həm də idrak qabiliyyətinin zəifləməsinə, eləcə də Altsheymer daxil olmaqla demensiya riskinin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə PM2.5 kimi kiçik hissəciklərin bu xəstəliklərin yaranmasında mənfi təsiri elmi cəhətdən təsdiqini tapıb", - deyə ekspert bildirib.
Qeyd edək ki, PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan mikrohissəciklərə deyilir. Mikroskopik ölçüləri sayəsində onlar asanlıqla tənəffüs sisteminə, oradan isə qan dövranına keçə bilirlər. Nəticədə beyin də daxil olmaqla bütün orqanizmdə iltihablanma, oksidləşdirici stres və qan damarlarının zədələnməsi kimi fəsadlar yaranır.
"Bununla belə, unutmaq olmaz ki, beyin sadəcə bir səbəbdən deyil, havanın çirklənməsi, istilik, səs-küy, sosial bərabərsizlik, yoxsulluq, xroniki stres və təbiət qoynundan uzaq qalmaq kimi kompleks faktorların birgə təsiri ilə daha tez qocalır. Tədqiqatçılar bu cür məcmu təsirləri eksposom konsepsiyası vasitəsilə izah edirlər. Orqanizmə daxil olan mikroplastiklərin zərərləri, onların damar divarlarına yığılması və infarkt riski yaratması barədə kifayət qədər sübutlar var. Hətta beyinin özündə və ilik mayesində də mikroplastiklər tapılıb. Ancaq onların mərkəzi sinir sisteminə olan neqativ təsirləri hələlik PM2.5 zərrəciklərinin zərəri qədər dəqiqliklə sübuta yetirilməyib", - deyə alim sözlərini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:284
Bu xəbər 12 Aprel 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















