Icma.az
close
up
RU
Şəhərin əsas nəqliyyat qovşağı bağlanır, həll nədir? AÇIQLAMA

Şəhərin əsas nəqliyyat qovşağı bağlanır, həll nədir? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq. Belə ki, “28 May”dan “Dərnəgül” istiqamətində qatarların hərəkəti olmayacaq. Qatarlar “Dərnəgül”- “Nizami” stansiyaları arasında hərəkət edəcək. Bu zaman həmin xəttə “Dərnəgül” elektrik deposu xidmət göstərəcək.

“Dərnəgül” stansiyası istiqamətində hərəkət edən sərnişinlər 6 ay ərzində müəyyən çətinliklərlə üzləşəcəklər.


Şəhərin ən çox istifadə olunan nəqliyyat qovşağının qəfil bağlanması isə sərnişinlər arasında narazılıq doğurur. Belə ki, bir çox müəssisələr və universitetlərin 28 May ərazisində yer alması tələbələrin və işləyən insanların tənqidinə səbəb olur. 

Maraqlıdır, belə bir addımın atılması nə dərəcədə doğrudur?  Bu qərarın yaradacağı çətinliyin həll yolu nədir?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən deputat Nafiq Həmzəyev Bakıda nəqliyyatın şaxələndirilməsi və daha keyfiyyətli xidmətin təşkil olunması, həmçinin metroda intervalların azaldılması məqsədilə hazırda tikinti və yenidənqurma işləri həyata keçirildiyini deyib. 

Millət vəkili yaxın günlərdə həll yolu kimi alternativlərin təqdim olunacağını da deyib:

“Bu işlər başa çatdıqdan sonra metroda sərnişin daşımalarının sayı artacaq. Xətlər arasındakı intervallar azalacaq və inanırıq ki, tezliklə bu işlər başa çatacaq. Bununla yanaşı, metroda yeni stansiyaların tikilməsi və istifadəyə verilməsi də nəzərdə tutulur. Bu da nəticə etibarilə Bakı şəhərindəki sıxlığın aradan qaldırılmasına və sərnişinlərin daha rahat ictimai nəqliyyatdan istifadə etməsinə gətirib çıxaracaq. Bu baxımdan vəziyyət çətin olsa da, səbirli olmalı və tikinti işlərinin başa çatmasını gözləməliyik. Lakin mən düşünürəm ki, aidiyyəti qurumlar bu tikinti işləri həyata keçirildiyi müddətdə, digər ictimai nəqliyyat növləri üzrə bu istiqamətlərdə sərnişin daşımalarını asanlaşdırmaq və tənzimləmək üçün alternativlər təklif etməlidirlər. Yəqin ki, yaxın günlərdə əlavə açıqlamalar veriləcək və yaranmış narazılıq da aradan qaldırılacaq”.


Məsələ ilə bağlı saytımıza açıqlama verən deputat Fazil Mustafa isə insanların vəziyyətini yüngülləşdirəcək addımların atılmasının zəruri olduğunu diqqətə çatdırıb:

“Hazırda müvəqqəti çətinliklər yaşansa da, ümumi mənzərə baxımından alternativ nəqliyyat vasitələrinin, xüsusilə avtobusların sayının artırılması vacibdir. İndiki halda alternativ nəqliyyat seçimləri kifayət qədər çox deyil. Bu məsələ üzərində ciddi düşünmək və insanların vəziyyətini yüngülləşdirəcək addımlar atmaq lazımdır. Çünki bu vəziyyət bir çox narahatlığa səbəb olur. Eyni zamanda, bağlanmanın nə qədər davam edəcəyi dəqiq bilinmir. Vətəndaşlar isə işə rahat gedib-gəlmək imkanına malik olmalıdırlar”.


Digər müsahibimiz nəqliyyat eksperti Fərhad Eyyubov isə bildirib ki, 28 May metrostansiyasının tam bağlanmasına hələlik qəti qərar verilməyib.  Ekspertin sözlərinə görə, oradakı işlərin gedişatından asılı olaraq stansiyanın fəaliyyəti tam dayandırılmaya bilər:

“Təmir işləri elə şəkildə planlaşdırılır ki, bu proses ümumi iş rejiminə ciddi təsir etməsin. Hazırda metronun yalnız bir xətt üzrə fəaliyyəti müəyyən dərəcədə gərginlik yaradır. Bu səbəbdən bir neçə xəttin birləşməsi və şaxələnməsi vacibdir. Bu baxımdan görüləcək işlər prosesə uyğun şəkildə tənzimlənməlidir. Stansiyanın bağlanması ilə bağlı dəqiq qərar olmasa da, müəyyən məhdudiyyətlərin olması gözləniləndir. Çünki metronun fəaliyyəti şəhərin hərəkət axınına birbaşa təsir göstərir. Ümumiyyətlə, metronun bəzi stansiyalarında cari təmir işləri aparıldığı üçün müvafiq məhdudiyyətlər plana uyğun şəkildə həyata keçirilir”.

F.Eyyubov hazırda həmin ərazidə sərnişin axınına uyğun şəkildə hərəkətin tənzimləndiyini bildirib. Ekspert sözügedən əraziyə yeni marşrutların ayrılacağını diqqətə çatdırıb:

“Bəzi avtobus xətlərinin uzadılması və ya əraziyə yeni marşrutların ayrılması gözlənilir. Bu məsələlər cənab prezidentin və AYNA-nın birbaşa nəzarətindədir. Hətta yaxın zamanda bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb. Bütün məsələlər həmin proqram çərçivəsində araşdırılacaq və zəruri tədbirlər görüləcək. Qeyd etmək lazımdır ki, bəzi çətinliklərlə qarşılaşmaq ehtimalı var. İnsanlar xüsusilə tıxaclardan narahatdır. Bu narahatlığın qarşısını almaq üçün müəyyən tədbirlər görülsə də, hələlik bu tədbirlər tam effektiv nəticə vermir. Məsələnin dərindən araşdırılması və uyğun tədbirlər planının müəyyənləşdirilməsi zəruridir”.

Fidan Hacızadə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri