Şəhərin mərkəzində piyadalar işıqforu heçə sayıb yolu qaçaraq keçdilər VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində kütləvi şəkildə qayda pozan piyadalar avtomobilin kamerasına düşüblər.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək şikayətini bildirib. Hadisə oktyabrın 16-da saat 17:12 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, bir qrup piyada işıqforun qadağanedici işığına məhəl qoymadan qaçaraq keçiddən keçib. Bu zaman onlar görüntünü qeydə alan sürücüyə təhlükə yaradıblar. Hətta piyadalardan biri yaxınlaşan avtomobili görərək bir neçə saniyə yolun ortasında dayanıb, daha sonra isə fikrini dəyişərək geri çəkilib.
Şikayətçi bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən avtomobili ani şəkildə saxlamaq mümkün deyildi və bu, qəza riskini xeyli artırırdı.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















