“Şəhərsalma və Memarlıq İli” Milli İrs və Müasir Yanaşma “525 ci kanal”ın reportajı
525.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik ölkə kimi memarlıq sahəsində də dünyada özünəməxsus yer tutur. Ölkəmizin müxtəlif bölgələrində bu günədək qorunub saxlanılan qalalar, saraylar, məscidlər, karvansaralar və yaşayış tikililəri Azərbaycan memarlığının minilliklər boyu formalaşdığını göstərir. Bu tarixi abidələr xalqımızın estetik zövqünü, həyat tərzini və dünyagörüşünü əks etdirən nadir nümunələrdir.
Hər bir dövrün memarlıq nümunələri həmin zamanın sosial, mədəni və iqtisadi xüsusiyyətlərini özündə əks etdirmiş, şəhərlərin formalaşmasında mühüm rol oynamışdır.
Bu tarixi irs həm ölkəmizin mədəniyyətinin əsasını təşkil edir, həm də gələcək inkişaf üçün zəmin yaradır.
Məlum olduğu kimi, 2026-cı il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar ölkədə şəhər mühitinin daha planlı, estetik və müasir prinsiplər əsasında inkişaf etdirilməsinə verilən xüsusi önəmin göstəricisidir.
Son illər Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində şəhər və kəndlər müasir standartlara uyğun şəkildə yenilənir. Bakıda, regionlarda, ən ucqar yaşayış məntəqələrində, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan layihələr sübut edir ki, şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil, eyni zamanda insanların rifahını artıran, estetik görünüş yaradan və milli kimliyi əks etdirən sahəyə çevrilib.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir şəhərsalmada texnologiyaların tətbiqinin bariz nümunəsidir. Bu ərazilərdə yeni şəhər və kəndlərin yaradılması və tarixi abidələrin bərpası Azərbaycanın davamlı inkişafını əks etdirir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində memarlıq irsinin qorunması, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm daşıyır. Bu baxımdan, cari il Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF) ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Forumun Azərbaycanda təşkili ölkəmizin qlobal şəhərsalma müzakirələrində fəal rol oynadığını nümayiş etdirir və Qarabağda aparılan yenidənqurma işlərini beynəlxalq ekspertlərin diqqətinə təqdim etmək üçün geniş imkanlar yaradır.
Nigar Abbasova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















