Icma.az
close
up
RU
“Şəhərsalma və Memarlıq İli”: Müasir inkişafın və dayanıqlı gələcəyin strategiyası

“Şəhərsalma və Memarlıq İli”: Müasir inkişafın və dayanıqlı gələcəyin strategiyası

Icma.az, Azertag saytına istinadən bildirir.

İsmayıllı, 24 dekabr, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İsmayıllı ziyalısı Günay Rzayevanın Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması haqqında Sərəncamının əhəmiyyətindən bəhs edən məqaləsini təqdim edirik.

Müasir dövrdə şəhərsalma artıq təkcə binaların və yaşayış məkanlarının inşası ilə məhdudlaşmır. Bu sahə, eyni zamanda, insanların həyat keyfiyyətinin yüksəldilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, ekoloji tarazlığın qorunması və dayanıqlı gələcəyin qurulması baxımından mühüm rol oynayır. Məhz bu yanaşma Azərbaycanda son illərdə, xüsusilə də azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrində aydın şəkildə hiss olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Bu ərazilərdə aparılan işlər yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda, insanların doğma torpaqlara qayıdışı üçün müasir, rahat və təhlükəsiz yaşayış mühitinin yaradılmasını hədəfləyir. Yeni yolların, yaşayış binalarının, məktəblərin, xəstəxanaların, sosial və mədəni obyektlərin inşası paralel şəkildə həyata keçirilir.

İşğaldan azad edilmiş torpaqlarda yeni şəhər, qəsəbə və kəndlərin salınması sadəcə dağıdılmış ərazilərin bərpası demək deyil. Bu proses insanların doğma yurdlarına qayıdışı, normal həyat şəraitinin yaradılması və gələcəyə inamın möhkəmləndirilməsi məqsədi daşıyır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması, alternativ enerji mənbələrindən istifadə və ekoloji yanaşmalar Azərbaycanın bu sahədə müasir və düşünülmüş model formalaşdırdığını göstərir. Artıq planlaşdırma mərhələsindən etibarən insanların gündəlik ehtiyacları, iqtisadi imkanlar və ətraf mühitin qorunması diqqət mərkəzində saxlanılır.

Azərbaycan şəhərsalma modelinin əsas üstünlüklərindən biri də bu işlərin vahid və məqsədyönlü dövlət siyasəti çərçivəsində həyata keçirilməsidir. Yol və kommunikasiya şəbəkələri, enerji və su təsərrüfatı, sosial obyektlər və yaşayış sahələri bir-biri ilə uzlaşdırılaraq kompleks şəkildə planlaşdırılır. Bu yanaşma gələcəkdə həmin ərazilərin davamlı inkişafına şərait yaratmaqla yanaşı, insanların doğma torpaqlara rahat və təhlükəsiz şəkildə qayıtmasını təmin edir.

Azərbaycanın beynəlxalq platformalarda qazandığı təcrübə və etimad bu prosesə xüsusi güc verir. Ölkəmizin COP29 tədbirini yüksək səviyyədə təşkil etməsi göstərdi ki, Azərbaycan qlobal çağırışları düzgün dəyərləndirir, vaxtında təşəbbüslərlə çıxış edir və bu təşəbbüsləri uğurla həyata keçirmək imkanlarına malikdir. COP çərçivəsində irəli sürülən ekoloji yanaşmalar, yaşıl enerji strategiyaları və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş addımlar bu gün şəhərsalma siyasətində də açıq şəkildə özünü göstərir.

Məhz bu məqamlar nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu qərar şəhərsalma və memarlıq sahəsində dövlət siyasətinin prioritetlərini daha da möhkəmləndirməklə yanaşı, müasir və rahat şəhər mühitinin formalaşdırılması, dayanıqlı inkişaf prinsiplərinin geniş tətbiqi və milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu Sərəncam azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə yeni dinamika gətirərək qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, innovativ planlaşdırma yanaşmalarının genişlənməsinə və ekoloji balansın qorunmasına təkan verəcək. Beləliklə, “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin ümumiləşdirilməsi, gələcək inkişaf istiqamətlərinin daha aydın şəkildə müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaradır.

Məhz bu uğurlu təcrübəyə əsaslanaraq demək olar ki, Dünya Şəhərsalma Forumu (WUF) kimi mötəbər beynəlxalq tədbir də Azərbaycanda yüksək səviyyədə keçiriləcək. WUF Azərbaycanın azad olunmuş ərazilərdə formalaşdırdığı yeni şəhərsalma modelini beynəlxalq ictimaiyyətə təqdim etmək, təcrübə mübadiləsi aparmaq və ölkəmizin bu sahədə regional lider kimi mövqeyini daha da gücləndirmək baxımından önəmli platforma olacaq. Nəticə etibarilə, azad olunmuş ərazilərdə həyata keçirilən şəhərsalma siyasəti göstərir ki, Azərbaycan təkcə keçmişi bərpa etmir, eyni zamanda, gələcəyi düşünərək planlaşdırır. Bu yanaşma milli inkişaf maraqları ilə qlobal dayanıqlı inkişaf məqsədlərinin uğurlu şəkildə uzlaşdırılmasının bariz nümunəsidir. Necə ki COP çərçivəsində əldə edilən müsbət təcrübə beynəlxalq səviyyədə yüksək qiymətləndirildi, WUF-un da Azərbaycan üçün növbəti uğur hekayəsinə çevriləcəyi şübhə doğurmur.

İnanırıq ki, dünya miqyasında böyük əhəmiyyət daşıyan COP29 tədbiri necə yüksək səviyyədə və uğurla təşkil olundusa, Dünya Şəhərsalma Forumu (WUF) da eyni uğurla keçiriləcək. Azərbaycan bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün zəngin təcrübəyə, güclü təşkilati potensiala və formalaşmış institusional imkanlara malikdir. COP29 çərçivəsində nümayiş etdirilən peşəkarlıq, koordinasiya və qonaqpərvərlik WUF-un da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcəyinə əsas verir.

WUF Azərbaycanın şəhərsalma sahəsində qazandığı nailiyyətlərin, xüsusilə də azad olunmuş ərazilərdə tətbiq olunan yeni və innovativ şəhərsalma modelinin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından mühüm platforma olacaq. Bu forum həm də müxtəlif ölkələrin mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsinin aparılmasına, dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal dialoqun genişlənməsinə töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri