Icma.az
close
up
RU
Cəbrayılda şəhərsalmanın müasir təcrübəsi təqdim edilir

Cəbrayılda şəhərsalmanın müasir təcrübəsi təqdim edilir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Meydanəli Yolçiyev

​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Cəbrayıl uzun illər işğal altında qaldıqdan sonra Vətən müharibəsində qazanılan Zəfərlə azad olunaraq öz tarixi sahiblərinə qovuşdu. 4 oktyabr - Cəbrayıl şəhəri günü xalqın qürur və Zəfərinin təzahürü kimi qeyd olunur. Şəhərin bərpası, yenidən qurulması və sakinlərin geri dönüşü Böyük Qayıdış proqramının mühüm tərkib hissəsinə çevrilib.

1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunu işğal etdi. Həmin dövrdə Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət inzibati ərazi vahidi idi. 1050 kvadrat kilometr ərazisi olan rayonun 52 min nəfərdən artıq əhalisi öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. İtirilən torpaqla bərabər, insanların həyatında ən qiymətli nemət olan yurd yerləri, tarix və mədəniyyət izləri, iqtisadi potensial da düşmənin vandalizminə məruz qaldı.

İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Rayonun sosial infrastrukturu tamamilə dağıdıldı, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 150 mədəniyyət ocağı, 132 tarixi abidə, 1 muzey, 3 musiqi məktəbi, onlarla klub və kitabxana yerlə-yeksan edildi. İşğaldan əvvəl Cəbrayılda kənd təsərrüfatı, sənaye və mədəniyyət sahələri yüksək inkişaf səviyyəsinə çatmışdı. Burada üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq geniş yayılmış, sənaye müəssisələri fəaliyyət göstərmişdi.

Cəbrayıllılar Birinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq nümunəsi göstərdilər. Rayonun 362 nəfər igidi şəhidlik zirvəsinə ucaldı, 191 nəfər əlil oldu. Onlardan 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bu qəhrəmanlıq tarixdə Cəbrayılın mübarizə ruhunu və xalqımızın əyilməz iradəsini nümayiş etdirən bir səhifə kimi qalır.

İşğal dövründə Cəbrayılın zəngin tarixi-mədəni irsi vəhşicəsinə dağıdıldı. Dağtumas kəndindəki “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, qədim kurqanlar, Diri dağındakı “Mazannənə” və “Mərmər nənə” məqbərələri, Sirik kəndindəki “Qala”, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xudafərin körpüləri və digər tarixi abidələr məhv edildi. Əsrlər boyu xalqımızın yaddaşını yaşadan bu nümunələrin qəsdən yerlə-yeksan edilməsi, işğalın təkcə hərbi yox, həm də mədəni soyqırımı xarakteri daşıdığını təsdiqləyirdi.

Cəbrayıllılar 27 ilə yaxın bir müddətdə doğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində – 58 rayonun 2000-dən çox yaşayış məntəqəsində məskunlaşdılar. Onların böyük qismi uzun illər ərzində qaçqın düşərgələrində, köhnə yataqxanalarda, yük vaqonlarında ağır şəraitdə yaşamağa məcbur oldu. Buna baxmayaraq, cəbrayıllılar öz yurdlarına qayıdış ümidini itirmədilər, bu inam onları daim ayaqda saxladı.

1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin kəndin təhlükəsizliyi uzun illər təmin olunmadığı üçün həyat tam bərpa edilə bilmədi. Yalnız 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlıqla Lələtəpə yüksəkliyini işğaldan azad etməsindən sonra Cocuq Mərcanlıya həyat qayıtdı. Bu əlamətdar hadisə Böyük Qayıdışın başlanğıcı oldu və torpaqlara dönüşün gerçəkləşəcəyinə inamı daha da gücləndirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayıl istiqamətində ağır döyüşlərlə müşayiət olundu. Düşmən burada bir neçə müdafiə xətti qurmuş, möhkəmləndirilmiş istehkamlar yaratmışdı. Azərbaycan Ordusu igidlik və yüksək peşəkarlıq nümayiş etdirərək bu müdafiəni yarmağa nail oldu. 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və daha 9 kənd azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan qurtarıldı.

Cəbrayıl əməliyyatı strateji baxımdan müharibənin taleyini dəyişən əsas mərhələlərdən biri oldu. Burada qazanılan qələbə Xocavəndin cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində yeni imkanlar açdı, Zəngilan, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsinə yol açdı. Eyni zamanda, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu Zəfər nəticəsində 22 mindən çox hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə bütün xalqımız üçün qürur anı oldu.

2023-cü il 31 iyul tarixli Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu. Bu qərara uyğun olaraq, 4 oktyabr Cəbrayıl şəhəri günü elan edildi. Bu şanlı tarix yenidənqurma, yeni həyatın bərpası, qürur və birliyin rəmzi kimi qeyd olunur.

Cəbrayılın işğaldan azad edilməsindən sonra burada genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi. 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bölgənin iqtisadi inkişafı üçün mühüm addım oldu. Burada logistika mərkəzləri, anbar kompleksləri, ticarət obyektləri, gömrük və nəqliyyat infrastrukturunun yaradılması nəzərdə tutulur. Artıq milyonlarla investisiya cəlb olunub və sahibkarların fəaliyyəti üçün münbit şərait formalaşdırılır.

Cəbrayılın enerji təminatı üçün müasir yarımstansiya istifadəyə verildi, yeni elektrik xətləri çəkildi. Yol infrastrukturunun bərpası isə xüsusi diqqət mərkəzindədir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut və digər magistrallar bölgənin iqtisadi və sosial inkişafında mühüm rol oynayacaq.

Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” isə şəhərin gələcəyini müəyyənləşdirən strateji sənəddir. Burada yaşayış məhəllələrinin, məktəb və uşaq bağçalarının, sosial obyektlərin, park və istirahət zonalarının müasir memarlıq üslubunda qurulması nəzərdə tutulur. Şəhərdə 15 min sakinin məskunlaşdırılması planlaşdırılır. 2024-cü ilin sentyabrında isə tarixi qayıdış gerçəkləşib, ilk köç karvanı Bakıdan Cəbrayıla yola salınıb. İndiyədək 659 ailə – 2856 nəfər doğma torpaqlarına qayıdıb. Bu qayıdışlar tədricən artacaq və Cəbrayıl yenidən öz sakinləri ilə canlanacaqdır.

4 oktyabr – Cəbrayıl şəhəri günü tariximizin qürurlu səhifəsini təcəssüm etdirir. Uzun illər işğalın ağrılarını yaşayan bu diyar indi azadlıq, dirçəliş və gələcəyə inam məkanıdır. Bərpa olunan hər bina, təmir edilən hər yol, yenidən qurulan kəndlər və şəhər xalqımızın iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini əbədiləşdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri