Şəhid ailələri və qazilər istədikləri yerdən ev ala bilsinlər Yeni təklif
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bəzi hallarda şəhid ailələrinə, müharibə əlillərinə və hərbçilərə mənzil əvəzinə pulun verilməsi təklif olunur".
"AzPolitika" xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.
O bildirib ki, belə olan halda vətəndaşlar ailələrinin yanında və ya rayon, kənd yerlərində ev ala bilərlər:
"Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın ərazidən ev almaq, yaxud kəndə gedib torpaq alıb ev tikdirmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















