Icma.az
close
up
RU
ŞƏHİD AİLƏSİ ADINDAN SUİİSTİFADƏ Böyükağa Abdullayev həqiqətləri açıqladı

ŞƏHİD AİLƏSİ ADINDAN SUİİSTİFADƏ Böyükağa Abdullayev həqiqətləri açıqladı

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Hürriyyət”ə ünvanlanan məktublarda Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu ittiham edən şəxslərin gerçək kimlikləri ortaya çıxdı...

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyinin sədri, Maliyyə Təsərrüfat Fəaliyyətinin Təhlili üzrə iqtisadçı-ekspert Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti məktub daxil olub. Qəzetimizin 16.09.2024-cü il tarixli sayında dərc olunan “Ondan ötrü Şəhid vermədik ki, siz oturub rahat-rahat pul yığasınız…” və 01.10.2024-cü il tarixdə işıq üzü görən “Məhkəmə sədri Şəhid Ailəsininin 3 üzvünü həbs etdirib?” sərlövhəli yazılarla bağlı təkzib xarakterli müraciət edən İctimai Birlik sədrinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bildirirəm ki, 16.09.2024-cü il tarixdə “Ondan ötrü Şəhid vermədik ki, siz oturub rahat-rahat pul yığasınız…” və 01.10.2024-cü il tarixdə “Məhkəmə sədri Şəhid ailəsininin 3 üzvünü həbs etdirib? - Mübariz Əkbərova qarşı şok ittihamlar” başlıqları altında, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, ev 36 ünvanda yaşayan  Dadaşov Qızqayıt Məmmədağa qızı və Dadaşov Namiq Hacıbaba oğlu tərəfindən verilmiş şikayət bir çox KİV-də o, cümlədən də “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında olduğu kimi dərc edilmişdir.

“Biz Şəhid ailəsiyik” deyərək,  Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Məhkəmə Hüquq Şurasının üzvü-Ədliyyə nazirinin müavini Abidin Hüseynova, MHŞ üzvü -Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevə, MHŞ-nın üzvü-Bakı Ağır Çinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova, MHŞ-nın üzvü-Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevə, MHŞ-nın üzvü - Naxçıvan Ali Məhkəməsinin sədri Səadət Bektaşiyə, MHŞ-nın üzvü - Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevə, MHŞ-nın üzvü - Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova, MHŞ-nın və Ali Məhkəmənin sədri İnam Kərimova və MHŞ-nın üzvü - Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edən və Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun barəsində MHŞ qarşısında məsələ qaldırılmasını və barəsində qanuna müvafiq tədbir görülməsini tələb edən Şəhid ailəsinə təmənnasız  köməklik göstərənlərdən biri də mən olmuşam.  Çünki, hər kəsə məlumdur ki, hər bir Şəhid ailəsi  və şəhid ailəsinin hər bir üzvü dövlətimizin daima diqqət mərkəzindədir. Şəhid ailələri və üzvləri cəmiyyətimizin ən həssas təbəqəsidir. Şəhidlərimizə daima borcluyuq, şəhidlərin ailələrinə də köməklik etmək hər birimizin börcudur. Bu baxış bucağından Şəhid ailəsinə və şəhidin ailə üzvünə köməklik göstərməyi özümə börc bilmişəm.

Hormətli redaksiya!

18.09.2024-cü il tarixdə bu Şəhid ailəsinin Bakı Apellyasiya Məhkəməsinin önündə qışqır-bağır salması, Mübariz Əkbərovu korrupsiyada, rüşvət almaqda suçlamasının “Kanal 15” tərəfində canlı  lentə alınması, internet üstündən sosial şəbəkədə, internet portallarında paylaşımlar edilməsi gündəmin əsas mövzusu olmuşdur.(Subut üçün: Çəklişin CD diskni əlavə edirəm)

Bu Şəhid ailəsinin iki gün sonra, 20.09.2024-cü il tarixdə Baş Prokurorluğun önündə “Baş Prokuroruma qurban olaram” qışqır-bağır salması, polisin müşayəti ilə Baş Prokurorluğun qəbul otağına salınması, aparılmış çəklişlərin internet portallarında, sosial şəbəkələrdə yayımlanması da yadınızdadır.(Subut üçün: Bu çəklişində CD diskini əlavə edirəm) Həmin vaxt daha nələr baş vermişdir? Bu, sonrakı məsələdir. Bu barədə də gələcəkdə geniş məlumat verəcəyəm.

Əsas məsələ odur ki, bu Şəhid ailəsinin məhkəmə sədrinə və Baş prokurora qarşı olan çıxışları  məndə şübhələr yaratmağa başladı.  Topladığım  məlumatlar, əsaslı faktlar məni araşdırmalar  aparmağa və təhlilər etməyə sövq etdi. Elə həmin gündən də bu şəhid ailəsi ilə əlaqəni kəsdim və rəsmi araşdırmalar aparmağa başladım.

Diqqətinizə çatdırıram ki, 21 oktyabr 2024-cü il tarixdə “ Mən, Şəhid ailəsiyəm, şəhid anasıyam deyən Dadaşova Qızqayıt Mahmudağa qızının və həyat yoldaşı Dadaşov Namiq Hacıbaba oğlunun” yaşadığı və daima qeydiyyatda olduğu Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə, Xəzər Rayonu Buzovna Qəsəbəsi İcra Hakimiyyəti Nümayəndəliyinə və Buzovna Bələdiyyəsinə SORĞU verdim. Bildirdim ki, Xəzər Rayon İcra Hakimiyyətinin “xazar-ih-gov.az” internet səhifəsində yerləşdirdiyiniz qısa məlumatda bildirilir ki, Xəzər rayonunda 149 Şəhid ailəsi var. Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 36 ünvanında yaşayan Dadaşov Namiq Hacıbaba oğlunun Şəhid ailəsi olub-olmaması barədə Xəzər Rayon İcra Hakimiyyətində hər hansı bir rəsmi məlumat varmı? Onlar həqiqətən də Şəhid ailəsidirmi? Yoxsa Şəhid ailəsinin adından sui-istifadə edirlər? (Subut üçün: Sorğuları əlavə edirəm)

Xəzər Rayon İcra Hakimiyyətinin 28.11.2024-cü il tarixlı 5-12/2-3564/2024 saylı sorğumuza verilən rəsmi cavab məktubunda bildirilir ki, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi ev 36 ünvanda yaşayan Dadaşov Namiq Hacıbaba oğlu şəhid ailəsinin üzvü deyil.(Subut üçün: Xəzər Rayon İcra Hakimiyyətinin məktubunu əlavə edirəm)

Hörmətli redaksiya!

Hər şeyi görmüşdük. Şəhid ailəsinin adından “məharətlə” sui-istifadə edən, şəhid ailəsinin adından öz çirkin-məkirli niyyətlərini həyata keçirmək üçün yararlanmaq istəyən, özü də rəsmi dövlət qurumlarının inzibati binalarının önündə haray-həşir salan belələrini görməmişdik. Belələrini tanımalıyıq və tanıtmalıyıq. Belələri İfşa olunmalıdırlar. Qoy, dövlət başçımız da, Baş Prokurorluq da, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov da, Ali Məhkəmənin sədri də və Məhkəmə Hüquq Şurasının bütün üzvləri də bilsinlər ki, bunlar - Dadaşov Namiq Hacıbaba oğlu və həyat yoldaşı Dadaşova Qızqayıt Mahmudağa qızı heç vaxtı Şəhid ailəsi, Şəhid anası və Şəhid ailəsinin üzvü olmamışlar...

Burda söhbət təkcə Mübariz Əkbərovun korrupsiyada və rüşvət almaqda suçlanmasından, təhqir edilməsindən, şər-böhtana, şantaja məruz qalmasından getmir. Söhbət ondan gedir ki, bu olaylarda hansısa yüksək çinli məmurların əli və maddi marağı olmuşdur. Bu istiqamətində araşdırılmalarımız davam edir...

Bu oyunda əli olan istər məmurun, istər də Şəhid ailəsinin adından sui-istifadə edənlərin bu hərəkətləri  ŞƏHİDLƏRİN ruhuna və Şəhid ailələrinin  adına  vurulan ləkədir-zərbədir...

Hörmətli redaksiya!

Xəzər Rayon İcra Hakimiyyətinin 28.11.2024-cü il tarixlı 5-12/2-3564/2024 saylı rəsmi məktubunu - Dadaşova Qızqayıt Məmmədağa qızının və Dadaşov Namiq Hacıbaba oğlunun şəhid ailəsi olmadığını nəzərə alıb, 16.09.2024-cü il tarixdə “Ondan ötrü Şəhid vermədik ki, siz oturub rahat-rahat pul yığasınız…” və 01.10.2024-cü il tarixdə “Məhkəmə sədri Şəhid Ailəsininin 3 üzvünü həbs etdirib? - Mübariz Əkbərova qarşı Şok İttihamlar” başlıqları altında “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında dərc olunmuş yazılarla bağlı  təkzib verməyinizi xahiş edirəm”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri