Şəhid atalarından qürurlandıran sözlər: Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Vətən müharibəsinin başlamasından beş il ötür. Bu münasibətlə Azərbaycanda 27 sentyabr - Anım Günü qeyd olunur.
Bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.
Anım Günündə 2-ci Fəxri xiyabanda övladlarının məzarlarını ziyarət edən şəhid ataları Baku TV-yə müsahibə veriblər.
"30 ildən artıq idi ki, torpaqlarımız düşmən tapdağı altında idi. Xalqımızın birliyi və övladlarımızın qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq", - şəhid atası söyləyib.
Başqa bir şəhid atası isə belə deyib: "Bütün şəhidlər qəhrəmandırlar. Bu igidlər bizim kimliyimizi dünyaya sübut etdilər. Onlar hərb tarixində dərs keçdilər. Əgər yenə də Vətən dara düşərsə, biz həmişə hazırıq".
Ətraflı süjetdə:
Şəhid atalarından qürurlandıran sözlər: "Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















