Icma.az
close
up
RU
Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Bu gün şəhid Şahlar Nəzərovun atası Yaşar Nəzərov Bakıda müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Yaşar Nəzərov bir müddət idi səhhətindəki problemlərlə bağlı xəstəxanada müalicə alırdı.

Qeyd edək ki, Y.Nəzərov şəhid baş leytenant Şahlar Nəzərovun atasıdır. Şahlar Nəzərov 2017-ci ildə Fevral döyüşləri zamanı Xocavənd istiqamətində şəhid olub.

Mərhum Yaşar Nəzərov sabah doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində şəhid oğlu Şahlar Nəzərovun yanında dəfn olunacaq.

seeBaxış sayı:20
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri