Icma.az
close
up
RU
“Şəhid olsam ağlamayın“

“Şəhid olsam ağlamayın“

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Şəhidlər Vətən uğrunda canlarından keçərək xalqın qəlbində əbədi yaşayan qəhrəmanlardır. Onlar torpağın, dövlətin və millətin qorunması naminə ən qiymətli nemət olan həyatlarını fəda etmişlər. Bu fədakarlıq onların adını tarixə qızıl hərflərlə yazmışdır. Şəhidlər fiziki olaraq aramızda olmasalar da, onların xatirəsi daim yaşayır. Göstərdikləri qəhrəmanlıq, vətənpərvərlik və cəsarət gələcək nəsillərə örnək olur. 

“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”. Bu sözlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Elçin İsmayılova məxsusdur.

Ermənilərin 23 yüksək rütbəli zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisi müavini, kəşfiyyatçı, döyüş komandiri şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hətta məktəbdə hərbiyə, Vətənə aid bütün tədbirlərdə fəal iştirak edib və I yerə layiq gorülüb. Onun iştirak etdiyi “Cəsurlar” (1998) və “Şahin” (1996) adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən olub. Çox sayda Fəxri Fərman, təltiflər və s. layiq görülüb. Qarabağ müharibəsi ilə həmayaşıd idi şəhidimiz...

2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirib. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilib və oranı "Əla" nəticə ilə tamamlayıb.

2011-ci il iyul ayının 24-də "N" saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq 2011-ci ilin noyabr ayında 2012-ci ilin ayının sonuna qədər Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib və həmin 19 nəfərin daxilində İsmayılov Elçin də vardı. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçib Fəxri Fərmanlarla və medallarla mükafatlandırılıb. 2012-ci il oktyabrın 7-də şəhidimiz Elçin ailə həyatı qurub və həmin gözəl təməli qoyulmuş ailədən iki oğlan övladı Ömər və Mübariz dünyaya gəlib. Ömər 8 yanvar 2014-cü ildə, Mübariz isə 24 may 2016-cı ildə Bakı şəhərində anadan olublar. Çox təəssüflər olsun ki, atası müharibədən öncə keçirilən təlimlərdə iştirak etdiyinə görə oğlunun 1-ci sinifə getdiyini görmür.

Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə iştirak edib. 2016-ci ildə Elçin Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda fəal iştirak edib. Lakin onlar - kəşfiyyatçılar gözə görünməz qəhrəmanlar idilər ki, heç bir mənbələrdə adları çəkilməyib, çünki düşmən “kabusu” tanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak edib. 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində yüksək göstərici ilə “Special Operations Training” kursunu uğurla keçərək sertifikatla təltif olunub. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında “Anadolu Tatbikatı” təlimində iştirak edib.

Uzunmüddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Vətən müharibəsində döyüş komandiri olub. İlk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edib. Daha sonra Cəbrayıl rayonu işğaldan azad edilməsində iştirak edib və ilk dəfə oktyabrın 4 də Cəbrayılda Azərbaycan bayrağın döyüş komandiri kapitan İsmayılov Elçin Mübariz oğlu tərəfindən ucaldılır. Erməni polkovnikinin başını kəsərək qulağına "Sənə Poladın qanını gətirdim" deyir. Təkbətək döyüşdə Ermənistan silahlı qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edir.

Elçinlə bərabər, Vətən müharibəsində qardaşları Nurlan və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər.

Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə-7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elçin İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Hər bir şəhid xalqın qüruru, Vətənin şanlı tarixinin ayrılmaz hissəsidir. Biz şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların uğrunda can verdikləri dəyərləri qorumağı özümüzə borc bilirik. Çünki şəhidlər yalnız bir ailənin deyil, bütün xalqın övladlarıdır. Şəhidlər ölməz, Vətən bölünməz! Onların adı və xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Müşfiq MİRZƏ

XQ

·          

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri