Icma.az
close
up
RU
Şəhid Orxan Əsgərovun atası İranın gözlədiyi qərarı verdi: Yasinin edam olunması...

Şəhid Orxan Əsgərovun atası İranın gözlədiyi qərarı verdi: Yasinin edam olunması...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı ölüm hökmünü təsdiqləyib.

Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir deyib.

O bildirib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.

Cahangirin sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirilib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. 

İran qanunlarına görə, qətlə görə edama məhkum edilmiş şəxslə bağlı qərarın icrası qarşı tərəfdən asılıdır. Əgər qətlə yetirilən şəxsin hüquqi varisi qatili bağışlayarsa, şəxs edam olunmur və bir neçə illik həbsdən sonra azadlığa çıxır. Bunun müqabilində qətlə yetirilmiş şəxsin ailəsinə qanunla müəyyən edilmiş məbləğdə "diyə", yəni "qanpulu" ödənilir. Əgər qətlə yetirilmiş şəxsin hüquqi varisləri bağışlamaqdan və "qanpulu"dan imtina edərsə, o zaman edam hökmü qüvvədə qalır və şəxs edam olunur. Bəzi məlumatlara görə,  hətta varislərin edam prosesində iştirakı da mümkündür. İndiki halda Yasin Hüseynzadə barədə çıxarılmış edam hökmünün icrası Orxan Əsgərovun ailəsinin qərarından asılıdır.

Məsələ ilə bağlı “Cebheinfo.az” səfirliyə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov ilə əlaqə saxlayıb. 

Rizvan Əsgərov bildirib ki, ölüm hökmü icra olunmalıdır:

“Mən qərarımı çoxdan vermişəm. 1,5 il yarım bundan əvvəl İranın Baş prokurorunun müavini ilə görüşümüzdə qərarımı bildirmişəm. Görüşdə dedi ki, İranda belə bir qanun var. Yaxınları, yəni atası, qardaşı hansı tələbi istəsəz, onu yerinə yetirəcəyik. Yəni kompensasiya formasında və ya ölüm hökmü ilə qərar icra ediləcək. Mən də ölüm hökmü, həm də qisas qismində edam hökmünün verilməsi ilə bağlı qərarımı vermişəm. Buna müvafiq olaraq, lazimi sənədlərin hamısını notarial qaydada İrana yollamışıq. 

Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğundan zəng etmişdilər. Bildirdilər ki, yenidən sənədlər lazımdır. O sənədləri toplayıb Ali Məhkəməyə təqdim edəcəyik. Yəni ölüm hökmünü bir daha tələb etdiyimizi təsdiqləyəcəyik. Yəqin ki, bu yaxın vaxtlarda ölüm hökmü icra olunacaq. Biz sənədləri yollayandan sonra ölüm hökmü icra ediləcək”. 

O bildirib ki, ölüm hökmünün icrası zamanı orada olmaq istəyir:

“Ölüm hökmü barəsində qərar bir neçə dəfə belə müxtəlif mərhələlərdən keçdi. Axır ki, Ali Məhkəməyə çatdı. Ali Məhkəmə təxminən 2 həftə bundan əvvəl olmuşdu. Ölüm hökmü təsdiq olunub. İndi yenidən təsdiq sənədləri tələb olunur ki, onları da hazırlayıb İrana yollayacağıq. 

Bizim ora getməyimiz o qədər də vacib deyil, notarial qaydada öz qərarımızı bildirə bilərik. Ancaq mən də getmək istəyirəm. Mənə məlumat verdilər. Deyəsən, nümayəndə heyəti gedəcək. Ancaq mən öz arzumu, istəyimi bildirmişəm ki, mən getmək istəyirəm”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri