Icma.az
close
up
RU
Şəhid övladı üzərindən “reytinq” qazanmağa çalışanlar

Şəhid övladı üzərindən “reytinq” qazanmağa çalışanlar

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qəhrəman şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Selbinin haqq dünyasına qovuşması haqda dəyərli oxucularımıza məlumat vermişdik.

Onun ölümü haqda ilk dəfə “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov açıqlama vermişdi. O, mayın 11-də özünün sosial şəbəkə hesabında yazmışdı:

"Selbi balamız illərdir ağır bir xəstəliklə – dializlə mübarizə aparırdı. Gözləri görmürdü… Amma qəlbi ilə görürdü… hiss edirdi… sevirdi… Vətənin həsrətinə son qoyan qəhrəmanın balasına – biz göz ola bilmədik… Amma heç olmasa, onu son mənzilə yola salmaq üçün, göz yaşımızla, dualarımızla yanında olaq". C.Qurbanov həmin günün sabahısı, mayın 12-də, saat 13:00-da şəhid övladının Yasamal qəbiristanlığında dəfn olunacağını da açıqlamışdı.

Heç də təsadüfi deyil ki, məlum açıqlamadan sonra çox sayda vətəndaşımız Selbini son mənzilə yola salmaq üçün Yasamal qəbiristanlığına axın etdi. Əminliklə deyə bilərik ki, dəfn mərasimi şəhid övladına layiq bir şəkildə baş tutdu və məzarlığa toplanan insanlar Selbi üçün göz yaşları axıtdı.

Bu gün isə “Təzəpir” məscidində Heydər Əliyev Fondunun dəstəyi ilə ehsan süfrəsi açıldı. Yenə də, qadınlı-kişili yüzlərlə insanın iştirak etdiyi məclis yüksək səviyyədə keçirildi və hər kəs həyatdan nakam köçən şəhid övladının, eləcə də şəhidlərimizin ruhuna dualar oxudu. Bir sözlə, hər zaman olduğu kimi, dövlətimiz yenə də şəhid ailəsinə sahib çıxdı, qəhrəman polkovnikimiz Zaur Cəfərovun və onun 13 yaşında həyatla vidalaşan qızının ruhunun şad olması üçün bütün rəsmi qurumlar əlindən gələni etməyə çalışdı.

Bütün bunlara baxmayaraq, çox təəssüf ki, bu işdə də öz məkrli niyyətlərini ortaya qoyanlar tapıldı. Xüsusilə o şəxslər ki, illərdir ağır xəstəliklə mücadilə aparan Selbinin bircə dəfə kefini soruşmayıb, heç vaxt şəhid ailəsinin qapısını döyməyib. Məsələn, “Ramil Ali” adlı birisi özünün “Tik-Tok” səhifəsində öz şəklini də şəhid Zaur Cəfərovun rəsmi ilə yanaşı verərək, tənqid bir yana, “Yer tapılmadı, axı niyə rus qəbiristanlığı?”, - deyə aşkar təxribatla məşğul olmağa başlayıb.

Birincisi, Azərbaycanda hər kəs bilir ki, sözügedən məzarlıq “rus qəbiristanlığı” deyil. Hələ lap qədimdən orada müsəlmanlar dəfn olunur. Məsələn, dahi bəstəkar Üzeyir Hacıbəylinin bütün ailə üzvləri həmin qəbiristanlıqda dəfn olunub. Bununla yanaşı, dünyasını dəyişən bir çox ziyalılarımız indi bəzilərinin “rus qəbiristanlığı” kimi təqdim etməyə çalışdığı Yasamal məzarlığında uyuyur. O cümlədən, Selbinin məzarı ətrafına da diqqət edilsə, orada ancaq müsəlman vətəndaşlarımızın dəfn olunduğunun şahidi olarıq.

İkincis, ailənin böyükləri, konkret desək, Selbinin əmisi rəsmi şəxslərdən onun məhz Yasamal qəbiristanlığından dəfn olunmasını xahiş edibsə, nə üçün kimsə ailənin istəyinə qarşı çıxmalı idi?! Yoxsa, ilk gündən Selbiyə dəstək olan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı üçün başqa bir ərazidə məzar yeri ayrılmasına göstəriş vermək çox çətin idi?! Yaxud illərdir şəhid övladının bütün müalicə xərclərini öz üzərinə götürən, hər zaman ailənin yanında olan, bu gün də Selbi üçün ehsan süfrəsi açan Heydər Əliyev Fondunun rəhbərliyi üçün şəhərin istənilən məzarlığında yer ayırtdırmaq çətin idi?! Əlbəttə, bu, Selbi üçün görülən işlərin yanında çox xırda işlərdir. Sadəcə, hər kəs ailə üzvlərinin seçiminə sayğı ilə yanaşdığı üçün, şəhid övladının məhz Yasamal qəbirisitanlığında dəfn olunmasına qərar verilmişdi.

Maraqlıdır, rəsmi qurumları və Selbinin layiqli şəkildə dəfn olunması üçün əlindən gələn etməyə çalışan çox sayda vətəndaşımızı ittiham edən “tiktoker” şəhidlərimizə bu qədər hörmət qoyursa və onların övladlarına qarşı “canıyananlıq” edirsə, dəfn mərasiminə niyə qatılmayıb?! Tutaq ki, özünün dediyi kimi “müəyyən səbəblərdən dəfnə çatmayıb”, bəs bu gün ehsan verilən zaman harada idi?!

Ən üzücüsü isə odur ki, bu cür tiplər məhz şəhidlər üzərindən “reytinq” qazanmağa cəhd edirlər. Məhz bu səbəbdən də, görülən işləri kənara qoyub, yalan məlumatlarla insanların həssas yerinə toxunur, özlərinə “xal” toplamağa çalışırlar. Amma unutmaq olmaz ki, bu gün üzərində manipulyasiya edə bilməyəcəyimiz yeganə ad və ünvan varsa, o da məhz şəhid adı, şəhid ünvanıdır.

Bu adı öz çirkin əməllərinizə alət etməyin!

Hurriyyet.az   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri