Icma.az
close
up
RU
Şəhid pilot Fəxrəddin Əsgərovun ad günüdür FOTOLAR

Şəhid pilot Fəxrəddin Əsgərovun ad günüdür FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafında xüsusi xidmətləri olan, üçrəngli bayrağımızı ilk dəfə Vətən səmasına çəkən şəhid pilot polkovnik-leytenant Fəxrəddin Əsgərovun doğum günüdür. 

Modern.az xəbər verir ki, Fəxrəddin İlham oğlu Əsgərov 29 iyun 1974-cü ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Təhsilini Qazax rayon Səməd Vurğun adına 2 saylı tam orta məktəbin rus bölməsində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək hərbi təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik Akademiyasına göndərilib. 1996-cı ildə ali təhsilini yüksək göstəricilərlə başa vurub.

1996-2008-ci illərdə Azərbaycan Ordusunda yüksək peşəkarlıq və vətənpərvərliklə xidmət edərək baş təyyarəçi vəzifəsindən qərargah rəisi və hərbi hissə komandiri vəzifələrinədək yüksəlib. Hərbi təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, SU-17, SU-25 və MİQ-29 tipli döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyib, Azərbaycanda gənc pilotların yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra hava sərhədi ilk dəfə pozularkən (2001-ci ildə İran tərəfindən) pozucu qüvvələrin üzərinə göndərilən hərbi pilot Fəxrəddin Əsgərov olub. O, 2004, 2006 və 2007-ci illərdə hərbi təyyarələrimizin paytaxt səmasında və Xəzər dənizi üzərində keçirdiyi nümayişlərin təşkilində və icrasında yüksək fəallıq göstərib, dövlət bayrağımızın rəsmini Vətən səmasına çəkən ilk pilotlarımızdan biri olub.

2005-ci ildə, 31 yaşında polkovnik-leytenant hərbi rütbəsinə yüksəlib. Xidmət müddətində 24 iyun 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin adından müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif edilib.

Xidmət etdiyi illərdə müxtəlif vaxtlarda Türkiyədə, Macarıstanda, ABŞ-də, Ukraynada və BƏƏ-də xarici ezamiyyətlərdə olub.

Polkovnik-leytenant Fəxrəddin Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.
Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, Fəxrəddin Əsgərovun nəşi bu günə qədər tapılmayıb.

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planına uyğun olaraq kapitan Əfqan Aslanovla birlikdə MİQ-29 hərbi təyyarəsi ilə təlimatçı qismində hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətində qəzaya uğraması nəticəsində şəhid olub. Aparılan axtarışlar zamanı digər pilotun nəşi tapılıb və II Fəxri xiyabanda dəfn edilib. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmayıb.

Həyatını Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafına həsr edən Fəxrəddin Əsgərov 33 yaşında sözün əsl mənasında canını təmənnasız şəkildə Vətən uğrunda verib.

Fəxrəddin Əsgərovun təlim keçdiyi və uçmağı öyrətdiyi pilotlar Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad edilməsində mühüm rol oynayıblar. Onun təlim keçdiyi hərbçilərin bir qismi hazırda Azərbaycan Ordusunda general rütbəsinə yüksəlib və Vətənə xidmətlərini davam etdirirlər.

Fəxrəddindən yadigar qalan iki övladı isə bu gün ali təhsilli gənclər kimi yetişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri