Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Şəhid ailələri və qazilər Kamil Həmzəoğlu üçün Prezidentə müraciət edib

Şəhid ailələri və qazilər Kamil Həmzəoğlu üçün Prezidentə müraciət edib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bugünlərdə bir qrup Şəhid ailəsi, Qazi, müharibə veteranı və tanınmış sənət adamları jurnalist, Etikxeber.az saytının rəhbəri Kamil Həmzəoğlu (Həmidov) ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Mətbuat Şurasının sədri Rəşad Məcidə ayrı-ayrılıqda müraciət ünvanlayıblar.

Ümumilikdə 3 müraciətə 100-dən çox Şəhid ailəsi, Qazi, müharibə vetranı və tanınmış sənətçilər imza atıblar.

İmza atan şəxslər arasında hər iki övladını Şəhid vermiş Şəhid anaları-Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova, Musa və Tural Həsənovların anası Nəhayət Həsənova, iki oğlunu Şəhid vermiş-Tacir və Nazir Allahverdiyevlərin anası Mailə Allahverdiyeva, Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası Nənəxanım Ağayeva, tək övladlarını Şəhid vermiş analar-Arzu Hüseynova, Lətafət Budaqova, Əməkdar artist Firuzə İbadova, tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu, tək oğullarını Şəhid vermiş Şəhid valideynləri, Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenli Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova və atası Habil Məmmədov, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və atası Faiq Abduləlimov, “Azərbaycan Bayrağı” ordenli Şəhid Emil Sadıqzadənin anası Şəlalə Əsədova və atası Əziz Sadıqov, Şəhid Fariz Qurbanovun anası Lətafət Qurbanova, Şəhid Məhəmməd Məmmədlinin anası Mehriban Məmmədova, Şəhid Ruslan Cəfərlinin anası Tahirə Nağıyeva və atası Nəcəf Cəfərov, Şəhid Elmin Əlizadənin anası Aynur Əliyeva və Samir Əliyev, Şəhid Elşən Kərimovun anası Natella (Arzu) Yusibova və atası Rövşən Kərimov, Şəhid Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və atası Həsən Ədilov, Şəhid Hüseyn Rzayevin anası Yeganə Rzayeva, o cümlədən “Azərbaycan Bayrağı” ordenli Devran Nayıbovun anası Xuraman Mirzəyeva (Nayıbova), Şəhid və Qazi anası Simuzər Bağıyeva, Şəhid və Qazi atası-müharibə veteranı İlqar Əliyev, Şəhid və Qazi anası Pərvanə Nadirova, Şəhid anası, Şəhid və Qazi bacısı Zərqələm Kazımova, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, Şəhid anası və Qazi bacısı Mərifət Həsənova, Şəhid Vüsal Teymurovun anası Nahidə Teymurova, “Azərbaycan Bayrağı” ordenli-Qazi Polad Mədəni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli-Qazi Saleh Fətullayev, 12 medallı-Qazi Tural Əliyev, Qazi və müharibə veteranları-Gündüz Musayev, Müzəffər Abbasov, Fuad Həsənov, Ucal Əliyev, Aqil Yusifov, Asif Hüseynov, Aqil Eminov, Seymur Məmmədov, Şahin Zeynalov, Pərvin Hüseynov, Samir Ağayev, Zakir Vəliyev və digərləri var.


Etikxeber.az müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, biz Şəhid ailələri, Qazilər, müharibə veteranları və Şəhidsevər ziyalılar hər zaman Azərbaycan dövləti və dövlətçiliyini müdafiə etmişik, Azərbaycan dövlətinin yanında olmuşuq. Sizin uğurlu daxili və xarici siyasət kursunuzu dəstəkləmişik. Çünki Sizin uğurla davam etdirdiyiniz, həyata keçirdiyiniz daxili və xarici siyasət kursu hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edib. Məhz bu uğurlu siyasət kursunun nəticəsidir ki, Qarabağımız 30 illik işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi onun hər qarışında təmin edilib. Qarabağımızda, işğaldan azad olunmuş digər ərazilərimizdə artıq əsl diçəliş, intibah dövrü yaşanır. Sizin rəhbərliyinizlə Qalib Azərbaycan dövləti hər gün yeni bir TARİX yazır.

Eyni zamanda, Sizin 22 illik hakimiyyətiniz dövründə mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi istiqamətində misli bərabəri olmayan işlər görülüb, addımlar atılıb. Media nümayəndələri, qələm sahibləri Azərbaycanın orden və medalları, fəxri adları ilə təltif olunub, 400-dən artıq jurnalist mənzillə təmin edilib. Onu da qeyd edək ki, jurnalistlərin evlə, mənzillə təmin olunması dünyada analoqu olmayan bir tarixi hadisədir.

Qarşıdan mətbuatımızın 150 illiyi gəlir. Çox güman ki, bu dəfə də qələm sahibləri, əməyi, zəhməti olan media təmsilçiləri bu əlamətdar hadisə ilə Sizin tərəfinizdən təltif ediləcəklər. İstərdik ki, təltifə layiq görülənlər arasında peşəkar və vicdanlı jurnalist, 37 ilin media mənsubu olan Kamil Həmzəoğlu (Həmidov) da olsun. Çünki 27 sentyabrdan bu yana-son beş ilə yaxın müddətdə bəlkə də yeganə jurnalist və ziyalıdır ki, gecə-gündüz, isti-soyuq bilmədən hər an bizlərin-mənəvi təsəlliyə ehtiyacı olan Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının yanında olub. Bizlərlə gülüb, bizlərlə sevinib, bizlərlə ağlayıb, bizlərlə kədərlənib. Hər zaman bizlərlə, bizlərdən biri olub. Bunu bütün Şəhid ailələri, Qazilər, müharibə veteranları təsdiqləyə bilər. Rəhbərlik etdiyi və kimsənin köməyi olmadan işlətdiyi Etikxeber.az saytı son 5 ilə yaxın müddətdə bizlərin-Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının ruporuna, tribunasına çevrilib. Hər gün neçə-neçə Şəhidimiz, Qazimiz, müharibə veteranımız barədə yazılar Etikxeber.az-da işıq üzü görür. Hər gün bu saytda Şəhidlərimiz, Şəhid ailələri, Qazilərimiz, veteranlarımız işıqlandırılır, təbliğ olunur, tanıdılır.


Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!

Ona görə Sizdən xahiş və rica edirik ki, mətbuatımızın 150 illiyi ilə bağlı imzalayacağınız növbəti sərəncamlarınızda, təltiflərinizdə “Tərəqqi” medallı, 37 ilin peşəkar jurnalisti Kamil Həmzəoğlunun (Həmidov) da adı olsun. Jurnalistikadakı fəaliyyətinə, xidmətlərinə görə “ƏMƏKDAR JURNALİST” fəxri adı və çətin maddi-sosial durumu nəzərə alınaraq, PREZİDENTİN FƏXRİ TƏQAÜDÜ ilə təltif edilsin.

İnanırıq və əminik ki, belə də olacaq, bizlərin müraciəti nəzərə alınacaq, öz müsbət həllini tapacaq və təltif olunanlar arasında Kamil Həmzəoğlu (Həmidov) da olacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:419
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri