Icma.az
close
up
RU
ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR Prezidentə müraciət

ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR Prezidentə müraciət

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samux rayonu, Sərkar kənd sakini Bağırova Aytən Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Cənab Nazir!

Mən, Bağırova Aytən Çingiz qızı, yazaraq diqqətinizə çatdırıram ki, keçən ilin iyul ayında işlə bağlı Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovaya müraciət etmişdim. O, sənədlərimi təqdim etməyimi istədi. Sənədlərimi verən zaman isə bildirdi ki, iş olan kimi sizə xəbər verəcəyik.

Bir müddət sonra, yəni sentyabr ayında Samux rayonu, Ziyadlı kəndində dayə işi olduğunu öyrəndim. Gedib maraqlandım, niyə iş üçün çağırılmadığımı öyrənməyə çalışdım. Mənim bu sorğu-sualım müdirin xoşuna gəlmədi. Mənə bildirdi ki, həmin işi şəhidin qardaşı yoldaşına vermişik. Bu zaman mən də dedim ki, "şəhidin qızı deyil, yoldaşı deyil, qardaşının yoldaşına iş vermək məcbur idi?". Əlavə etdim ki, mən də şəhid qızıyam, onlardan daha çətin vəziyyətdə olan insanlar var... Nurlana xanım isə “yaxşı edib işi ona vermişəm, ürəyim kimə istəyir, ona da verəcəm", - dedi.

Keçən ilin oktyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevun qəbulunda oldum. Anar müəllim dərhal Nurlana xanımla danışdı, bildirdi ki, "baxçada iş olan kimi şəhid qızını işlə təmin edin".

Noyabr ayında yenidən iş oldu. Amma bu dəfə də Nurlana xanım qərəzli şəkildə məni yox, digər vətəndaşı işlə təmin etdi. Yenidən Nurlana xanımın qəbuluna getdim. Bu dəfə də bildirdi ki, “əcəb edib götürmüşəm, kimi istəyirəm, onu da götürəcəm, hara istəyirsən, kimə istəyirsən get şikayət et. Dedi ki, hətta istəyirsən Prezidentə şikayət et”.

Cənab Prezident!

Cənab Nazir!

Mən şəhid qızıyam və təcili iş axtarıram. Lakin Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım mənə qarşı qərəzli yanaşaraq, işlə təmin olunmağıma imkan vermir.

Qeyd edim ki, artıq 2-ci dəfədir məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edirəm. İlk müraciətimdən sonra mənə zəng gəldi, şikayətimi dinlədilər. Sonradan Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova ilə danışılandan sonra mənə dedilər ki, "Nurlana xanım sizdən qabaq olduqları üçün o xanımları işlə təmin edib".

Belə çıxır ki, Nurlana xanım Prezidentin sərancamını heçə sayır? Mən şəhid qızıyam, mənim müraciətimə növbədən kənar baxılmalı deyildimi?!

Mən heç kəsdən pul, yaxud da yardım istəmirəm. Öz əziyyətimlə pul qazanıb, ailəmin yanında olmaq istəyirəm. Xahiş edirəm, vəziyyətimi nəzərə alıb göstəriş verəsiniz. Məndən əvvəl işə götürülən adamlar niyə şəhid ailəsindən qabaq işlə təmin olunub, onun araşdırılması üçün də tapşırıq verin.

Bir daha deyirəm, səbəbini bilmirəm, amma Nurlana xanım qərəzli şəkildə məni işlə təmin etmir".

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi dərc edirik: 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri