Icma.az
close
up
RU
Xocalılı şəhid anası Prezidentə müraciət etdi

Xocalılı şəhid anası Prezidentə müraciət etdi

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir ailədən iki şəhid verən və bir polkovnik-veteran oğlunu itirən Xocalı sakini Ziba Orucova ölkə rəhbərliyinə müraciət edir. Şəhid anası Qaçqınkomun sədri Rövşən Rzayev tərəfindən təhqir olunduğunu və Almalı kəndində şəhid ailəsi kimi haqqı olan evin püşkatmadan kənar başqa şəxsə verildiyini iddia edir.

M Ü R A C İ Ə T- də deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Şəhid anası və veteran həyat yoldaşı Orucova Ziba Məlik qızı tərəfindən
(Ünvan: Xocalı rayonu, Almalı kəndi)

(Əlaqə telefonu: 051 568-50-78)

M Ü R A C İ Ə T

Çox hörmətli cənab Prezident,

Hörmətli Mehriban xanım,

Sizə bu müraciəti Vətən uğrunda böyük itkilər vermiş, bütün varlığı ilə dövlətinə və torpağına bağlı olan bir şəhid anası kimi ünvanlayıram.
Bizim ailəmizin əsas məqsədi və amalı hər zaman düşmənə karşı döyüşmək, torpaqlarımızı azad görmək olmuşdur. Ailəmiz Xocalı rayonunun Ağbulaq sovxozundan, daha sonra Laçın rayonunun Əhmədli kəndindən məcburi köçkün düşmüşdür. Həyat yoldaşım, əhali arasında tanınan Miryusif Kərim oğlu 1989-cu ilin avqust ayında Xocalı rayonunun Meşəli kəndi yaxınlığında ağır yaralanmış, 1992-ci ilin sentyabr ayında isə Laçın rayonunda həlak olmuşdur.

Böyük oğlum, baş leytenant Orucov Kərim Miryusif oğlu Laçın rayonunun azad edilməsi əməliyyatında minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Kiçik oğlum, kiçik leytenant Orucov Arzu Miryusif oğlu isə könüllü olaraq cəbhəyə getmiş, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə 1994-cü il fevralın 10–15-i aralığında şəhid olmuşdur.

Digər oğlum, polkovnik Orucov Tofiq Miryusif oğlu uzun illər döyüş bölgələrində yüksək vəzifələrdə xidmət etmiş, Tovuz döyüşlərində və Vətən müharibəsində böyük şücaət göstərmişdir. O, 14 orden və medalla təltif olunmuş Silahlı Qüvvələr və müharibə veteranı idi. Döyüş bölgələrində aldığı zədələr və səhhətində yaranan problemlər səbəbindən 2023-cü il dekabrın 1-də Laçın rayonunda infarkt keçirərək dünyasını dəyişmişdir.

Hörmətli cənab Prezident,

Ömrümün az qalan hissəsini dədə-baba yurdum olan Xocalı rayonunun Almalı kəndində yaşamaq arzusu ilə keçən il və bu il dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət etmişəm. Xahiş etmişəm ki, kəndə birinci köç zamanı Almalı kəndindəki 42-06 nömrəli evi şəhid ailəsi kimi bizə həvalə etsinlər ki, kəndin açılışında biz də iştirak edək. Lakin bizə yalan vədlər verildi. Hal-hazırda isə püşkatmadan kənar həmin evi müharibə ilə heç bir əlaqəsi olmayan, şəhid ailəsi statusu daşımayan şəxslərə veriblər. Şəhid ailəsi olaraq biz isə kənarda qalmışıq.

Ağır xəstəliyimə və dərmanlarla yaşamağıma baxmayaraq, böyük çətinliklə 2026-cı il iyun ayının 23-də Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda oldum. Vəziyyətimi bildirməyimə baxmayaraq, o, məni çox hörmətsiz qarşıladı, üstümə qışqıraraq təhqir etdi və dövlət binasından qovdu. Həmin gündən bəri yaşadığım mənəvi sarsıntı və ağrılar səbəbindən çətinliklə hərəkət edirəm.

Sizdən xahiş edirəm:

Şəhid anasını təhqir etdiyinə və rəsmi qəbul zamanı nümayiş etdirdiyi hörmətsizliyə görə Komitə sədri Rövşən Rzayev barəsində qanuni tədbir görülməsinə göstəriş verəsiniz.

Xocalı rayonunun Almalı kəndindəki 42-06 nömrəli evin şəhid ailəsi olaraq bizə verilməsini təmin edəsiniz ki, kəndin açılışında biz də iştirak edib bu müqəddəs Qarabağ sevincini yaşaya bilək.

Allah şəhidlərimizə rəhmət eləsin! Allah Sizləri, ordumuzu və qazilərimizi qorusun!

Hörmətlə, Orucova Ziba Məlik qızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri