Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Biri şəhid, biri qazi…

Biri şəhid, biri qazi…

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki qardaşın qələbə dastanı tariximizin bir parçasıdır

Müharibəyə fərqli təriflər verilsə də o güc nümayişinin bir formasıdır əslində. Bir zamanlar həyatda qalmaq, qidalanmaq, qorunmaq və nəhayət öldürmək üçün daş atan insanın əli bir düymə ilə bir şəhəri yerlə-yeksan etməyə qadir olandan sonra yaşamaq uğrunda mübarizə fikri də fəlsəfi gücünü itirdi.

Dünyanı dəyişdirən reallıqlar müharibələrin gücünü, güclünün iradəsi ilə baş verməsini bir daha gözlər önünə sərdi. Gəlin etiraf edək: çağdaş müharibələrin səbəbi dil, din, irq ayrıseçkiliyi, yeni ərazilərin zəbti, daha çox gəlir əldə etmək, sərvətlərə yiyələnmək deyilmi? İbtidai icma dövründəki insanla müasir insanın bir fərqi var: o həyatda qalmaq, aclıqdan ölməmək üçün mübarizə aparırdı, bu gün dünyanı yenidən bölüşdürmək istəyənlər isə həyatda qalmaq istəyəni acından öldürmək, onun əldə etdiklərinə sahiblənmək üçün müharibə aparırlar.

Məhz ötən əsrin tariximizə qara damğası kimi vurulan sonuncu deportasiyadan sonrakı dönəm, daha doğrusu, doxsanıncı illər xalqımızı süni yaradılan müharibənin əsirinə çevirdi. Bu müharibənin əsəri isə yurdsuz-yuvasız, evsiz-eşiksiz qalan insanlar idi…

Mənim qəhrəmanımın babaları bu mənzərələri 1948-1953-cü illərdə dədə-baba yurdları Dərələyəzdən Saatlıya, Kür-Araz ovalığına köçürüləndə görmüşdülər. Taleyinə qaçqınlıq yazılanların nisgili, ahı-naləsi heç vaxt dinmir, çünki itirdiklərinin sənin varlığının bir parçası olduğunu və necə dəyərli olduğunu bilirsən.

Sadaladıqlarım, müharibənin daş üzü, xalqımızın üzləşdiyi faciələr onunla həmsöhbət olandan sonra yazımın axarını dəyişdi. Məni tamam bir başqa havaya köklədi. “Babalarımın zorla qovulduğu Vətən torpaqları uğrunda da döyüşmək arzusundayam”,- deyən həmkarım xalqımızın unutqan olmadığının, qanında, canında, ruhunda itirdiklərini qaytarmaq eşqi ilə yaşadığının bariz nümunəsi idi.

Vətən qarşısında vəfa borcumuz olan Vətən müharibəsinin, eləcə də ərazi bütövlüyümüzün, suverenliyimizin təcəssümü kimi tarixə düşən antiterror tədbirlərinin iştirakçısıdır Əlahiddə Çevik Polis Alayının əməkdaşı polis baş serjantı Vəfadar Bayramov. O, torpağı şəhid kimi müqəddəsləşdirən, qazi kimi azadlığına qovuşduran, Vətənə layiq övladlar yetirşdirən atanın, ananın övladıdır. Vəfadar 1993-cü ildə Saatlı rayonunun Məmmədabad kəndində dünyaya göz açıb. Şəhid Azad Bayramov adına Məmmədabaddakı tam orta məktəbi 2010-cu ildə bitirib və 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.

Qartalların yuva qurduğu Murovdağdakı “N” saylı hərbi hissədə Vətənin keşiyini çəkib və həqiqi hərbi xidmətini 2013-cü ildə başa vurub. Müharibənin izi qalan dağlarımızda mövqe tutan düşməndən əmisinin, əmisi oğlunun və bir çox doğmalarının qisasını almaq üçün hərbçi peşəsini seçir. 2017-ci ildə Daxili İşlər Nazirliyinə müraciət edir. DİN-in Daxili Qoşunlarında xidmətə qəbul olunur. Xidməti dövründə bir çox əməliyyatlarda iştirak edir, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirir. Adı qorxulu olsa da nəticədə Vətəni azadlığına qovuşduracağına görə silaha sarılan yüzlərlə igid oğullarımız kimi Vətən müharibəsinin qəbul olunan dua, çin olan arzu kimi sevincini yaşadı o da.

Ali Baş Komandanın əmri ilə düşmən təxribatının qarşısını almaq üçün əks həmlə əməliyyatına başlanılanda ilk istiqamətləri Füzuli rayonu olub. Düşmən əlverişli mövqedə qərar tutsa da qısa zamanda yaratdığı süni cəbhə xətti darmadağın edilib.

Azad etdiyimiz yüksəkliklər, ərazilər sanki bizə yuxu kimi gəlirdi. Döyüş filmlərində gördüyümüz səhnələrin içində idik. Son anlarında gülə-gülə canını tapşırıb şəhid olan döyüşçülərimizin qisasını almaq üçün hətta ağır yaralanan silahdaşlarımız belə ilkin tibbi yardım göstərildikdən sonra yenidən sıramıza qoşulurdular.

Döyüşçü yoldaşları kimi onun da həsrətlə, qisas hissi ilə gözlədiyi an gəlir. Növbəti tapşırıq Şuşanın azad olunması idi. Bunun üçün əvvəlcə Şuşaya gedən yollar, strateji yüksəkliklər nəzarət altına alınmalıydı. Xüsusi təyinatlılar digər qüvvələrin Şuşa istiqamətində hərəkət etmələri üçün oktyabrda Hadrutu və ətraf kəndləri düşməndən təmizləyirlər. Qırmızı bazar istiqamətində irəliləyən qüvvələrimiz düşmənin planlarını alt-üst edir.

“Komandanlığın qərarı ilə 400 nəfərlik heyətlə sıx meşələrdən keçib Şuşaya doğru istiqamət götürdük. Düşmən gəlişimizdən xəbər belə tutmadı. Noyabrın 4-də Şuşa-Laçın yolunun bir hissəsini düşməndən təmizləyib, nəzarətə götürmüşdük. Noyabrın 6-da səhər tezdən kiçik qruplar şəklində Şuşaya daxil olmaq üçün hərəkətə keçdik”.

Düşmən özü də etiraf edir ki, Azərbaycan əsgəri Şuşanı yüngül atıcı silahlarla və əlbəyaxa döyüşlə geri aldı. Şuşa təbii istehkam olduğundan ora ağır texnika ilə girmək mümkün deyildi. Düzdür, düşməni hava zərbələri ilə məhv etmək olardı. Lakin bu böyük dağıntılara səbəb olacağından yüngül silahlarla döyüşmək taktikası seçilmişdi.

Şuşa ordumuzun nəzarətində idi. Düşmən hətta ballistik raketlərdən belə istifadə etsə də bu döyüşün taleyini dəyişə bilmədi.

“İlk tapşırığımız Şuşa-Xankəndi yolunu bağlamaq oldu. Biz 22 nəfərlə düşmənin böyük bir qüvvəsinin qarşısını alıb onun 200 nəfərə yaxın canlı qüvvəsini, xeyli ağır texnikasını məhv etdik. Noyabrın 7-də daha bir döyüş tapşırığı zamanı mən və yanımda olan 4 nəfər döyüşçü yoldaşım yaralandıq. Bizi digər döyüşçü yoldaşlarımız döyüş gedən ərazidən çıxarıb ilkin tibbi yardım göstərdilər. Bizi arxa cəbhəyə təxliyyə etmək istəsələr də razılaşmadıq”.

Noyabrın 9-dan 10-na keçən gecə saat 2-3 radələrində atəşi dayandırın tapşırığı gözlənilməz olur. Lakin növbəti xəbər hər kəsi sevindirir: müharibə bitib, düşmən kapitulyasiya aktına imza atıb.

Ancaq o, Şuşa uğrunda döyüşlərdən öncə görüşdüyü qardaşından - Fərruxdan nigaran idi. İçindəki narahatlıq onu dinc buraxmırdı. Döyüşə birlikdə atılmışdılar, qələbəni də birlikdə qeyd etməliydilər. Ancaq Fərrux Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. Düşmən snayperindən atılan güllə Vətən üçün döyünən ürəyini əbədi susdursa da Şuşa qalasında dalğalanan üçrəngli bayrağımız onun kimi yüzlərlə şəhidimizin ruhunu şad etmişdi. Çünki uğrunda can verdikləri Vətən torpaqları düşməndən azad edilmişdi.

Polis baş serjantı Vəfadar Bayramov Müzəffər Ali Baş Komandanın müvafiq sərəncamları ilə "Rəşadət" ordeni, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Həmkarımız 2024-cü ildən Əlahiddə Çevik Polis Alayında xidmət edir. Deyir ki, asayişi, sabitliyi qorumaq postu, səngəri qorumaq kimidir. İkisi də məsuliyyətlidir. İkisində də sənə etibar edilir, etimad göstərilir.

Sözardı: Müharibə ağ-qara şəkil kimidir. Şəkil demiş, bu gün həmkarım Şuşa əməliyyatına girməzdən öncə qardaşı Fərruxla çəkdirdiyi xatirə şəklini döş cibində, ürəyinin başında qoruyub saxlayır. Bu şəkil, qardaşının övladları, ən əsası azad olunmuş Vətən torpaqları onun kimi bizə də əmanətdir. O əmanətləri qoruyaq, sahib çıxaq ki, bayraq kimi enməz oğulların ruhu şad olsun.

Hafiz Təmirov,

polis polkovniki

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see343

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see234

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see194

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see168

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see167

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see158

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see156

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see155

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see152

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see152

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see149

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see146

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri