Icma.az
close
up
RU
Şəhid və qazi övladları üçün növbəti yay düşərgəsi təşkil edilib FOTOLAR

Şəhid və qazi övladları üçün növbəti yay düşərgəsi təşkil edilib FOTOLAR

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

26–29 iyul 2025-ci il tarixlərində şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərən “Əmanət” Layihəsinin 5-ci Yay Düşərgəsi uğurla keçirilib. Builki düşərgə ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Ölkə.Az xəbər verir ki, düşərgə Bakı Dövlət Universiteti (BDU), İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, BDU Könüllüləri və “Əmanət” Layihəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda təşkil edilib. Dörd gün davam edən düşərgədə 23 şəhid və 17 qazi övladı, həmçinin BDU tələbələri iştirak ediblər.

Düşərgə çərçivəsində iştirakçılar üçün aşağıdakı fəaliyyətlər həyata keçirilib:

● Fərdi inkişaf və karyera yönümlü təlimlər

● Qrup məşğələləri

● Ebru sənəti və boyama üzrə yaradıcılıq master-klasları

● İdman yarışları, əyləncəli oyunlar

● Qubanın görməli yerlərinə ekskursiyalar

● Müzakirə saatları

İştirakçılar düşərgədə həm öyrəniblər, həm də sosiallaşaraq yeni dostluqlar qurublar. Fəal və məhsuldar keçən 4 gün ərzində onların sosial, emosional və intellektual inkişafına töhfə verən çoxsaylı tədbirlər təşkil olunub.

Builki düşərgədə ilk dəfə olaraq “Əmanət Kuboku” adlı idman turniri keçirilib. Qızlar arasında voleybol, oğlanlar arasında isə futbol yarışları baş tutub. “Əmanət Kuboku”nun gələcək illərdə ənənəvi olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edəki ki, “Əmanət” Layihəsi 5 ilə yaxındır ki, şəhid və qazi övladlarının inkişafına hərtərəfli dəstək göstərir. Layihə çərçivəsində fərdi inkişaf proqramları, psixoloji xidmətlər, sosial ziyarətlər, təhsil ləvazimatlarının təminatı, düşərgələr və müxtəlif tədbirlər təşkil edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri